Bazar ertəsi, 24 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Moskva və Ankara Liviyaya sülh gətirə bilmədi – Berlin gətirə biləcəkmi?

Beynəlxalq oyunçuların qarşıdurması fonunda Liviyada müharibənin daha da böyüməsini gözləmək olarmı?..

Politoloq: “Türkiyə Liviyada atəşkəsə çox maraqlıdır və Türkiyə istəmir ki, toqquşmada hərbiçiləri həlak olsun. Çünki bu zaman Türkiyə qarşıdurmada tərəf olacaq”.

“Görünür Haftara atəşkəs lazım deyil və Haftar ölkəni tam nəzarətə keçirmək üçün hücum əməliyyatı da başlaya bilər”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Liviya məsələsindəki son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər veriyimiz kimi Xəlifə Haftar Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş Liviya atəşkəs anlaşmasını imzalamadan Moskvanı tərk edib. Hətta Xəlifə Haftar Tripolidə və ətrafında olan “silahlı birləşmələr”in çıxması üçün müəyyən zamanın təyin edilməsinə çıxaraq bu anlaşmaya imza atmayacağını bəyan edib.

Məlum olub ki, Liviyada vətəndaş müharibəsinin dayandırılması ilə bağlı Moskvadakı uğursuzluqdan sonra növbəti danışıqlar raundu yanavarın 19-da Berlində olacaq. Bu danışıqlarda Türkiyə prezidenti Ərdoğan, Almaniya kansleri Merkel, İtaliyanın baş naziri Konte iştirak edəcəklər. Putinin isə sammitə qatılıb qatılmayacağı hələ məlum deyil. Bəzi məlumatlara görə isə Haftar ABŞ-dan gələn zəngdən sonra Moskvanı tərk edib və bu da Putini çox qəzəbləndirib.

Qeyd edək ki, tərəflərin ilkin olaraq barəsində razılaşdığı anlaşmada atəşkəsin qeydsiz-şərtsiz bərpası, döyüş cəbhələrində atəşkəsin təmin edilməsi üçün birgə hərbi komissiyanın yaradılması və siyasi danışıqlara start vermək yer almışdı.

Hazırkı vəziyyətdə Liviya danışıqlarının Berlinə keçirilməsi nədən xəbər verir və beynəlxalq oyunçuların qarşıdurması fonunda Liviyada müharibənin daha da böyüməsini gözləmək olarmı? Həmçinin Türkiyənin Liviyadakı hazırkı mövqeyi nə qədər təhlükəlidir və bu qarşıdurmada Türkiyə geri çəkilməyə məcbur olarsa, o zaman Aralıq dənizində gedən geosiyasi savaşı da uduzmuş olurmu?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Liviyada Suriyada olduğu kimi müxtəlif oyunçular var. Bu oyunçular həm Haftarın qələbə çalmasını arzulayırlar, həm də Türkiyəyə tələ qurmağa çalışa bilərlər”.

Türkiyənin Liviya ilə bağlı planlarının pozula bilmə ehtimalının olduğunu proqnoz edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Türkiyə Liviyaya qoşun göndərsə və Haftar da Tripoliyə hücüm etsə, Türkiyə məcbur qalıb Haftra tərəfdarları ilə müharibə edəcək. Bu da hər iki tərəfdən itkilərə səbəb olacaq və belə çıxacaq ki, Türkiyə Liviyanın daxili işlərinə belə qarışır:

“Görünən budur ki, Haftar atəşkəsə razı deyil. Çünki Haftar düşünür ki, artıq Tripolidə paytaxtı ələ keçirə bilər. Həqiqətən də Haftarın qüvvələri Liviyanın əsas hissəsinə nəzarət edirlər. Bir əsas strateji yer olaraq Tripoli qalıb. Buna görə də atəşkəs indi Haftarın maraqlarına xidmət etmir. Amma Haftar Rusiyanın isteyindən vaz keçə bilmədi və Moskvaya gəldi. Moskvada isə oyun qaydalarını qəbul etmək istəməyərək razılaşmaya imza atmadı.

Onu da qeyd edim ki, tək Rusiya Haftara təzyiq etmir. Başqa dövlətlər də Haftara təzyiq edirlər. Məsələn bəzi Ərəb dövlətləri, ABŞ Haftara təzyiq edirlər. Buna görə də Moskvada razılaşma olmadı və razılaşmanın olmaması Türkiyəyə də təsir etdi. Çünki Türkiyə xarici işlər naziri və müdafiə naziri məhz bu məsələyə görə Moskvaya getmişdilər. Onlar tərəfləri atəşkəsə razı salmalı idilər. Amma alınmadı.

Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında məsuliyyətin Rusiyanın üstündə olduğunu dedi. Ərdoğan bildirdi ki, Moskva demişdi atəşkəsə razılıq olacaq və buna görə də türk nazirlər Moskvaya getdilər. Amma heç bir atəşkəs əldə edilmədi. Buna görə də Haftar Moskvanı tərk etdi və yalandan dedi ki, mənə iki gün vaxt lazımdır.

Elxan Şahinoğlu: “Türkiyə Rusiya ilə birlikdə səylərini artırıb Liviyada atəşkəsə nail olmaq istəyir”.

Bir daha qeyd edim ki, görünür Haftara atəşkəs lazım deyil və Haftar ölkəni tam nəzarətə keçirmək üçün hücum əməliyyatı da başlaya bilər. Düzdür Berlində də görüş olmalıdır. Amma bu gedişlə Berlin görüşü də artıq ciddi sual altındadır.

Türkiyə Liviyada atəşkəsə çox maraqlıdır və Türkiyə istəmir ki, toqquşmada hərbiçiləri həlak olsun. Çünki bu zaman Türkiyə qarşıdurmada tərəf olacaq. Türkiyə də tərəf olmağı istəmir və məsələnin sülh yolu ilə həll edilməsini gözləyir. Amma görünən odur ki, bu məsələ tək Türkiyədən asılı deyil. Liviyada Suriyada olduğu kimi müxtəlif oyunçular var. Bu oyunçular həm Haftarın qələbə çalmasını arzulayırlar, həm də Türkiyəyə tələ qurmağa çalışa bilərlər. Buna görə də Türkiyə Rusiya ilə birlikdə səylərini artırıb atəşkəsə nail olmaq istəyir.

Türkiyənin Liviya ilə bağlı planları pozula bilər. Yəni Türkiyə Liviyaya qoşun göndərsə və Haftar da Tripoliyə hücüm etsə, Türkiyə məcbur qalıbHaftar tərafdarları ilə müharibə edəcək. Bu da hər iki tərəfdən itkilərə səbəb olacaq və belə çıxacaq ki, Türkiyə Liviyanın daxili işlərinə belə qarışır. Bunu belə qələmə verməyə çalışacaqlar. Beləliklə də Türkiyə Suriyadan sonra Liviyada uzun müddət qalmalı olacaq”.

Nərminə UMUDLU
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar