Cümə, 29 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İqtisadiyyat Nazirliyinin açıqlanan strateji hədəfləri və ümumi reallıq… - Ekspertdən şərh

İqtisadçı-ekspert: “İqtisadiyyat Nazirinin elan etdiyi hədəfə çatmağın yeganə yolu neft qiymətlərindən keçir”

“2015-ci ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsulun artımında ciddi problemlər yaşanmağa başladı. Hətta 2015-2016-cı illərdə ümumi daxili məhsulun azalması, 2017-2018-ci illərdə isə demək olar ki, ümumi daxili məhsulun artmaması müşahidə olundu”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli İqtisadiyyat Nazirliyinin açıqlanan strateji hədəflərini PİA.az-a şərh edərən qeyd edib.

2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin strateji hədəflərindən danışıb. Nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin ortamüddətli perspektivdə strateji hədəfi dünyada orta iqtisadi artımdan geri qalmayan iqtisadi artımı təmin etmək, uzunmüddətli perspektivdə isə bu göstəricini yüksəltməkidir.

M.Cabbarov qeyd edib ki, bunun üçün hökumət tərəfindən bir sıra məqsədlər müəyyən edilib:

“Bunlar qeyri-neft məhsul və xidmətlərin ixracının artırılması, sənayenin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, özəl investisiyaların üstün rolunun yüksəldilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın əsas qüvvəsinə çevrilməsi, eləcə də şəffaflğın artırılması və kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasıdır”.

İqtisadiyyat Nazirliyinin bu strateji hədəflərə çatması üçün təməllər varmı və ümumi reallıq nədən ibarətdir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Natiq Cəfərli: “Azərbaycan ümumi daxili məhsulun artımında təqribən 3 faizlik artımı hədəf götürüb”.

Azərbaycanda iqtisadi modelin çox bəsit olduğunu vurğulayan iqtisadçı-ekspert əlavə edib ki, ölkədə ümumi daxili məhsulun artımında isə həlledici rolu məhz neft qiymətləri oynayır:

Azərbaycanda 2000-ci ilin əvvələrindən bəri ümumi daxili məhsulun artımı ancaq bir faktla baş verir. Yəni ölkədə ümumi daxili məhsulun artımı neft factor ilə bağlıdır. 2005-2006-cı illərdən başlayaq 2011-2012-ci ilə qədər Azərbaycanda çox yüksək ümumi daxili məhsulun artım tempi olub. Neftin qiymətinin yüksək olması, hasilatın yüksək surətdə qalxması ilə bağlı ümumi daxili məhsulda çox ciddi artımlar müşahidə olunub. Hətta elə il olub ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 30 faizə yaxın olub.

Amma 2015-ci ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsulun artımında ciddi problemlər yaşanmağa başladı. Hətta 2015-2016-cı illərdə ümumi daxili məhsulun azalması, 2017-2018-ci illərdə isə demək olar ki, ümumi daxili məhsulun artmaması müşahidə olundu. Yəni ümumi daxili məhsulda 0.7-0.8 faiz artmamaq deməkdir. Keçən il isə ümumi daxili məhsulda 2 faiz artımın olduğunu müşahidə etdik. Dünyada ümumi daxili məhsulun artım tempi isə təqribən 3-3.5 faiz arasıdır. Bu da Çinə, Hindistana görə, yəni sürətlə artan, surətlə böyüyən iqtisadiyyatlara görə baş verir.

Natiq Cəfərli: “Azərbaycanda ümumi daxili məhsulun artması neftin qiymətindən asılı olacaq”.

Belə çıxır ki, Azərbaycan da ümumi daxili məhsulun artımında təqribən 3 faizlik artımı hədəf götürüb. Azərbaycanda ümumi daxili məhsulun artması isə neftin qiymətindən asılı olacaq. Bildiyimiz kimi Azərbaycanın iqtisadi modeli elə qurulub ki, neftin qiymətində ciddi dəyişikliklər, yəni azalmalar olsa, ümumi daxili məhsulda artım tempinə nail olmaq, hətta dünya ortalamasına çatmaq mümkün deyil.

Buna görə də hesab edirəm ki, İqtisadiyyat Nazirinin elan etdiyi hədəfə çatmağın yeganə yolu neft qiymətlərindən keçir. Təəssüf ki, Azərbaycan iqtisadi modeli çox bəsitdir. Neft qiymətləri iqtisadiyyatda önəmli rol oynayır. Ümumi daxili məhsulun artımında isə həlledici rolu məhz neft qiymətləri oynayır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısı kartof yığdı, müzakirələrə səbəb oldu - Foto

Nazirlər Kabinetindən toyların keçirilməsi ilə bağlı açıqlama

Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...

Rəis müavinin milyonluq obyekti üzə çıxdı - Foto

Jurnalistlərin binasında “çin əməliyyatı” - Külli miqdarda yeyinti aşkarlandı

“Sənin siyasətçi boyunu yerə soxum, vəssalam“ - Aqil Abbas özündən çıxdı

“Yaradıcılığımı nazir vəzifəsinə qurban vermək istəmirəm”

Karantin müddəti iyunun 15-nə qədər uzadıldı - Rəsmi

Şeyx: “Çoxarvadlılıq vacibdir, gərək hamısına ədalətli olasan...”

İmtahan vermədən hansı ixtisaslar üzrə ali məktəblərə qəbul olacaq?

loading...

Ən çox oxunanalar