Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın raket zərbələri: onlarla Amerika hərbçisinin xəsarət aldığı üzə çıxdı

Onlarla ABŞ hərbçisi müxtəlif dərəcələrdə xəsarətlər alıb...

İranın general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq yanvarın 8-də İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri nəticəsində Birləşmiş Ştatlar prezidenti Donald Trampın bəyan etdiyi kimi, heç də bütün Amerika hərbçiləri sağ-salamat qurtulmayıb. Virtualaz.org xəbər verir ki, raket zərbələrinin nəticəsi olaraq onlarla ABŞ hərbçisi müxtəlif dərəcələrdə xəsarətlər alıb.

Bu barədə yazan «The Washington Post» qəzeti bildirir ki, İran ballistik raketlərinin aviabazada partlaması nəticəsində iki əsgəri partlayış dalğası pəncərədən çölə tullayıb. Və onlarla digər amerikalı hərbçi partlayış dalğasının nəticəsi olaraq beyin silkələnməsinə və dağılan beton plitələrin qəlpələri nəticəsində yaranan müxtəlif dərəcəli travmalara məruz qalıb.

Hərbi bazadakı ABŞ komandirləri deyiblər ki, İranın raket hücumları birbaşa Amerika hərbi personalını öldürməyə hesablanmışdı. Bu da iki dövlət arasında birbaşa müharibəyə gətirib çıxara bilərdi.

Raketlər hərbi bazanın ərazisində dərin çalalar açıb, vertolyot meydançaları və əsgər kazarmaları dağıdılıb. Hücum barədə əvvəlcədən xəbərdar olan hərbçilər bunkerlərdə gizləniblər, amma hər halda xəsarətsiz ötüşməyib.

“Zərbələr elə təşkil edilmişdi və istiqamətlənmişdi ki, mümkün qədər çox tələfat olsun”,-həmin gün hərbi bazada operativ qrupa komandanlıq edən polkovnik Tim Harland bildirib. O, əsgərlərin ölməməsini “möcüzə” adlandırıb.(Virtualaz.org)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar