Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın impiçment prosesinə rəsmən start verildi - Bundan sonra nələr olacaq?

Demokratlar Trampa qarşı yeni təkzib edilməz faktlar əldə etdiklərini bəyan ediblər...

Politoloq: “İmpiçmentin siyasi tərəfi Trampın xeyrinədir və hesab edirəm ki, bu məsələ Trampın xeyrinə olaraq da qalacaq”.

İran hal-hazırda ABŞ-la dialoqa ABŞ-dan qat-qat hazır olduğunu sübut etməlidir və dünyanı inandırmalıdır ki, Obamanın dövründə ona görə nüvə müqaviləsi imzalandı ki, Demokratlar ağıllıdır. İranın bu istiqamətdə atdığı addımlar ABŞ cəmiyyətinə təsir edib Trampın reytinqini azalda bilər”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu ABŞ Senatında Trampın impiçment prosesinə rəsmən start verilməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən ABŞ Senatında prezident Donlad Trampın impiçment prosesinə rəsmən start verilib. Konqresin yuxarı palatasında təsdiq edilmiş 7 qanunverici şikayətçi tərəfini təmsil edəcək. Onların arasında Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və Ədliyyə Komitəsinin rəhbəri Cerrald Nadler də var.

Senatda dinləmələr yanvarın 21-də başalayaraq, bir neçə həftə davam edəcək.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə ötən ay səs verib.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident edib.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff Trampa qarşı yeni təkzib edilməz faktlar əldə etdiklərini bəyan edib. Belə olan halda bundan sonrakı prosesləri necə proqnoz etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Trampın həm ABŞ daxilində, həm də ABŞ kənarında, xüsusilə də İranla bağlı atdığı addımlar məhz qarşıdan gələn prezident seçkilərini udmağa hesablanıb”.

Trampın impiçment məsələsinin hüquqi məsələ kimi baş tutmasına inanmayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, impiçment məsələsi siyasi proses kimi mövcuddur. Hal-hazırda impiçmentin siyasi tərəfləri Trampın xeyrinə işləyir və Trampın reytinqini qaldırır:

“Mən Trampda qarşı impiçment məsələsinin alınacağına inanmıram. Çünki Demokratların Senatda lazım olan qədər üstünlüyü yoxdur. Əslində ABŞ Konqresinin qəbul etdiyi qərarları Senat təsdiq etməlidir, Senatın da qəbul etdiyi qərarları prezident imzalamalıdır. Yalnız bundan sonra qərar qüvvəyə minmiş hesab olunur. Bu o cümlədən impiçmentlə bağlı qərara da aiddir. Əgər prezident Senatın qəbul etdiyi qərarı imzalamasa, Senat üçdə iki səs çoxluğu ilə qərarı yenidən səsə qoyub təsdiqləyirsə, bu zaman Senatın qərarı prezidentin imzasından üstün hesab olunur. Yəni prezidentin imzası olmadan qərar qüvvəyə minmiş hesab olunur. Bu halın baş vermə ehtimalını da az qiymətləndirirəm.

Bildiyimiz kimi Senatda Respublikaçıların mövqeyi güclüdür. Hətta Respublikaçılardan belə qərara səs verən olsa belə, bu lazımı miqdarda, yəni üçdə iki səviyyəsində deyil. Buna görə də impiçmentlə bağlı qərarın Senatdan keçəçəyinə inanmıram. Həm də Senatda şəxsən Trampın özü ilə yaxın olan 10 nəfərə yaxın senator var.

Xatırladım ki, “erməni soyqırımı”nın tanınmaması ilə bağlı Tramp həmin senotarlardan birinə tapşırıq verdi. Göründüyü kimi qərar qəbul edilmədi. Bu da o deməkdir ki, Trampın Senatda senatorlar vasitəsi ilə bir çox qərarlara veto qoymaq imkanı var.

Mübariz Əhmədoğlu: “Tramp Qasim Süleymanini öldüməklə istədiyinə nail oldu”.

Mən Trampın impiçment məsələsinin hüquqi məsələ kimi baş tutmasına inanmıram. Amma impiçment məsələsi siyasi proses kimi mövcuddur. Hal-hazırda impiçmentin siyasi tərəfləri Trampın xeyrinə işləyir və Trampın reytinqini qaldırır. Çox adam Trampı siyasət adamı kimi deyil, biznesmen kimi qəbul edir. Amma Trampın son 6-7 aydakı hərəkətlərində çox ciddi siyasi, strateji konsertuallıq var. Ən vacib məsələ də odur ki, Trampın həm ABŞ daxilində, həm də ABŞ kənarında, xüsusilə də İranla bağlı atdığı addımlar məhz qarşıdan gələn prezident seçkilərini udmağa hesablanıb. Buna görə də impiçmentin siyasi tərəfi Trampın xeyrinədir və hesab edirəm ki, bu məsələ Trampın xeyrinə olaraq da qalacaq.

Bütün tədqiqatlar göstərir ki, Tramp Qasim Süleymanini öldüməklə istədiyinə nail oldu. Hal-hazırda ABŞ özünü İrandan üstün hesab edir. Amma Tramp İranla dialoqa getmək istəmir. Çünki İran son proseslərdə özünü zəif göstərdi. Bundan sonra İranın atdığı addımlar dünyanın ona qarşı durmasına gətirib çıxara bilər. Bu da Trampın xeyrinədir. Buna görə də siyasi proseslər Trampın reytinqini daha da gücləndirəcək.

Onu da qeyd edim ki, yalnız bir halda Tramp uduza bilər. Bu da İrandan asılı məsələdir. Yəni əgər İran hal-hazırda ABŞ-la dialoqa ABŞ-dan qat-qat hazır olduğunu sübut etməlidir və dünyanı inandırmalıdır ki, Obamanın dövründə ona görə nüvə müqaviləsi imzalandı ki, keçmiş adminstrasiya daha ağıllıdır.

İranın bu istiqamətdə atdığı addımlar ABŞ cəmiyyətinə təsir edə və Trampın reytinqini azalda bilər. Amma mən İrandan belə addımı, cəsarəti gözləmirəm. Çünki İran müəyyən ideoloji qəliblərin əsiri olan ölkədir. İran bu ideoloji qəliblərdən çıxa bilməz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar