Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahirə Əsədova seçki təbliğatına başladı

Xeyriyyəçi namizədə hər seçicidən SƏS...

"Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovanın parlament seçkilərində 54 saylı Şabran Siyəzən seçki dairəsindən deputatlığa namizədliyinin qeydə alınması barədə məlumat vermişdik.

Mahirə Əsədovanın seçki qərargahından daxil olan məlumata görə, namizədin tərəfdarları bu gün təbliğat və təşviqat kampaniyasına başlayıblar.

Məlumat üçün qeyd edək ki, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi 2005-ci il avqustun 12-də yaradılıb. Məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaqdan ibarətdir.
Mahirə Əsədova 2014-cü yanvar ayının 25-də “Yeni yurd” Sosial İnkişaf ictimai birliyinə sədr seçilib.

Mahirə Əsədova QHT rəhbəri olaraq heç bir qrant təşkilatından maliyə almadan öz şəxsi vəsaiti hesabına xalqına xidmət edir. Xanım namizədin xeyriyyəçiliyi nəticəsində subartezian quyuları inşa edilərək əhalinin istifadəsinə verilib.

Mahirə Əsədova Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilən teatr tamaşasının səhnələşdirilməsi prosesini maliyyələşdirib.

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinə məxsus “Biz, Şərqdənik!” adlı qısametrajlı film Mahirə Əsədovanın rəhbərliyi altında istehsal olunub və onun təqdimat mərasimi keçirilib. Filmdə görkəmli şərqşünas alim, Professor Aida İmanquliyevanın fəaliyyəti və ömür yolu geniş işıqlandırılıb.

Mahirə Əsədova tez-tez döyüş bölgələrimizdə olur, əsgər və zabitlərlər görüşür.

Biz də xanım namizədə uğur və hər seçicidən xeyriyyıçiyə SƏS arzulayırıq.(nuh.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar