Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Baş Nazirəvə hökumətə daha bir şans vermək istəyir  

Zelenski Baş Nazirin istefa ərizəsini qəbul etməyib...

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş Naziri Aleksey Qonçarukun istefa ərizəsi ilə bağlı müraciətinə cavab olaraq, ona və hökumətə daha bir şans verməyə hazır olduğunu deyib.

APA “TASS” agentliyinə istinadla xəbər verir ki, Zelenski bu barədə Qonçaruku qəbul edərkən bildirib.

“Bu gün sizdən istefa məktubu aldım. Bilirsiniz, sizə və sizin hökumətinizə daha bir şans vermək qərarına gəldim”, - deyə Prezident qeyd edib.

Zelenski kabinetdə dəyişikliklərin ola biləcəyini də istisna etməyib: “Sizin onlara təklif etdiyiniz bu və ya digər maaş müqabilində işləyə bilməyən nazirlərdən hansısa biri ilə vidalaşmaq bizim üçün, yəqin ki, çətin olacaq. Onlarla vidalaşmaq çətin olsa belə, vidalaşmalı olacağıq”.

Ukrayna Prezidenti parlamentə təqdim etmək üçün Baş Nazirdən fevralın 4-dək görüləcək işlər barədə hesabat hazırlamağı da tapşırıb.

pia.az


Etiket: Zelenski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar