Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli rayon İcra Hakimiyyəti başçısının növbəti qəbul-görüşü keçirilib

Füzuli rayon İcra Hakimiyyəti başçısının növbəti qəbul-görüşü 6 saylı Qayıdış qəsəbəsində keçirilib...

 

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 6 saylı Qayıdış qəsəbəsində keçirilib. Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. 

Səyyar qəbulda çıxış edən Alı Alıyev qeyd edib ki, bu günkü reallıqlar və faktlar sübut edir ki, cənab Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan, dünyanın davamlı olaraq inkişafda olan dövlətinə çevrilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı kimi füzulililərdə öz həyatında hiss edir. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən sosial yönümlü tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. İmzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır.

Qeyd edək ki, 6 saylı  Qayıdış qəsəbəsinin ümumi əhalisi 810 nəfərdi. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 785 nəfərə hər ay 47100.00 manat vahid aylıq müavinət ödənilir, 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə özünüməşğulluq proqramına cəlb olunub. Qəsəbədə 6 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 64 nəfərə müxtəlif növ pensiya və müavinət verilir, 103 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar