Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venezuela öz dinindən imtina edir

Venesuela Prezidenti Nikolas Maduro ölkə vətəndaşlarının katolik kilsəsindən üz döndərib yevangelizmə keçdiklərini söyləyib...

PİA.az xəbər verir ki, ölkənin yerli idarəetmə orqanlarının başçıları ilə keçirdiyi və “Tvitter”də yayımlanan görüşdə deyib:

“Hörmətli Roma Papası Fransisk, sizə demək istəyirəm ki, Venesuela xalqı katoliklikdən imtina edir. Vətəndaşların demək olar ki, 40 faizi özlərini yevangelist xristian elan etdilər. Bundan əvvəl bu rəqəm 3 faizi”.

Maduronun sözlərinə görə, son illərdə baş verən bu fenomen Venesuela Yepiskop Konfransını faktiki olaraq siyasi partiya kimi istifadə edən katolik kilsəsinin yepiskoplarının siyasi fəaliyyəti ilə əlaqədardır.

Venesuela Prezidenti 2019-cu ilin sentyabr ayında hər il dörd milyona yaxın insanın axın etdiyi Lara şəhərində Müqəddəs Məryəm ananın doğum gününün müxalifət lideri Xuan Quaydonun iştirakı ilə necə qeyd edildiyini xatırladıb. Maduronun sözlərinə görə, müxalifət liderinin tədbirdə iştirakı kütləvi narazılıq doğurub.

pia.az


Etiket: Venezuela

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar