Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

“Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub”...

Bunu APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Parlament prospekti istiqamətində Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatr inzibati binasının yanından İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, yəni Milli Məclisin inzibati binasının arxasından, eləcə də Mikayıl Müşfiq Hüseyn Cavid küçələrinin kəsişməsindən, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospektinin kəsişməsindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək: “Ona görə də Parlament prospektindən hərəkət edən sürücülər alternativ yol kimi paytaxtın Neftçilər prospekti Azneft dairəsi, Bayraq meydanı, Bayıl qəsəbəsi 20-ci sahə dairəsindən istifadə etməlidir və yaxud mərkəzdən Yasamal istiqamətinə hərəkət edən vətəndaşlar isə Səməd Vurğun, Bakıxanov, İnşaatçılar, Nəriman Nərimanov və digər sərbəst və rahat istifadə edə bilərlər”.

V.Əsədov həmçinin qeyd edib ki, yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək: “Bir dəqiqəlik sükutun edilməsi elanı verildikdə hər bir nəqliyyat vasitəsinin sürücüsü dayanmalı və səs siqnalından istifadə etməlidir. Tədbirin keçirildiyi əraziyə bitişik yerlərdə şəxsi avtomobillərin park edilməsinin də mümkünsüzlüyünü nəzərə alıb hər bir avtomobil sürücüsü tədbirə qatılmaq fikrindədirsə, ictimai nəqliyyat vasitəsindən istifadə etməsi tövsiyə olunur”.

pia.az


Etiket: 20 Yanvar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar