Bazar ertəsi, 24 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Azərbaycanda kölgə iqtisadiyyatının qarşısını almaq mümkün olacaq? – Sabiq maliyyə nazirindən cavab

Dövlət səviyyəsində görüləcək bu cür işlərdən sonra müəyyən miqdarda kölgə iqtisadiyyatının qarşısını almaq mümkün olacaq?...

Sabiq maliyyə naziri: “Azərbaycanda kölgə iqtisadiyyatının miqyası kifayət qədər böyükdür. Onun əsas hissəsi isə bilavasitə məmurlara məxsusdur”.

“Mikayıl Cabbarov real ticarət dövriyyəsinin Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi rəqəmlərdən 7 dəfə çox olduğu barədə fikir səsləndirdi”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Azərbaycanda dövlət səviyyəsində kölgə iqtisadiyyatı ilə bağlı görüləcək tədbirləri və onların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

2020-ci ilin may ayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək. Bu barədə Baş Nazir Əli Əsədovunu sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, bu təkliflər İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Statistika Komitəsi tərəfindən hazırlanacaq.

Bundan əlavə, ilin sonunadək Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Dövlət səviyyəsində görüləcək bu cür işlərdən sonra müəyyən miqdarda kölgə iqtisadiyyatının qarşısını almaq mümkün olacaq və ümumiyyətlə ölkədə kök salan kölgə iqtisadiyyata qarşı mübarizə üçün ilk addımlar nədən ibarət olmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlzalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla müzakirə edib.

Fikrət Yusifov: “Əgər hökumət iqtisadiyyatın kölgədə olan hissəsinin ümumi iqtisadiyyatımızdakı xüsusi çəkisinin bir rəqəmli səviyyəyə qədər azaldılmasına nail olarsa, bu halda büdcənin mədaxil hissəsinin ən azı iki dəfə artırılmaq mümkündür”.

Son bir ildə hökumətin bu istiqamətdə gördüyü işlərin müsbət nəticələr verməsinə baxmayaraq bunu yetərli hesab etməyən sabiq maliyyə naziri PİA.az-açıqlamasında əlavə edib ki, iqtisadiyyatın böyük bir hissəsi yenə də kölgədə qalmaqdadır:

“İndiyə qədər dünyanın hüç bir ölkəsində kölgə iqtisadiyyatının tam aradan qaldırılması mamkü olmayıb. Kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın da ən ağrılı yeridir. Azərbaycanda kölgə iqtisadiyyatının miqyası kifayət qədər böyükdür. Onun əsas hissəsi isə bilavasitə məmurlara məxsusdur.

Ötən il bu mövzuda keçirilən müzakirələrin birində, ölkənin həmən dövrdə Vergilər Naziri vəzifəsində çalışan M.Cabbarov real ticarət dövriyyəsinin Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi rəqəmlərdən 7 dəfə çox olduğu barədə fikir səsləndirdi. Bu rəqəm özlüyündə Azərbaycanda kölgə iqtisadiyyatının real xəritəsini cızmaq üçün yetərli bir göstəricidir. Ona görə də iqtisadiyyatın şəffaflaşdırılması və onun kölgədə olan hissəsinin leqal fəaliyyət müstəvisinə çıxarılması bu gün hökumətdən fövqaladə iradə və bacarıq nümayiş etdirməyi tələb edir.

Fikrət Yusifov: “İqtisadiyyatın şəffaflaşdırılması və onun kölgədə olan hissəsinin leqal fəaliyyət müstəvisinə çıxarılması bu gün hökumətdən fövqaladə iradə və bacarıq nümayiş etdirməyi tələb edir”.

Son bir ildə hökumətin bu istiqamətdə gördüyü işlər müsbət nəticələr versə də, bunu yetərli hesab etmək mümkün deyil və iqtisadiyyatın böyük bir hissəsi yenə də kölgədə qalmaqdadır. Onu əsaslı şəkildə kölgədən çıxarmağın hansı yolları mümkündür? Burada hər hansı yeni bir proqram sənəd qəbul etməyə ehtiyac varmı? Dünya təcrübəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasının bəlli yolları mövcuddur. Bu yollar on dəfələrlə keçilib və bununla bağlı kifayət qədər uğurlu təcrübələr var. Biz bu yollardan birini seçməklə kölgə iqtisadiyyatının həcminin minimuma endirilməsinə nail ola bilərik.

Düşünürəm ki, bu yolda atılacaq ən mühüm addım məmur biznesini dövlətininkiləşdirmək və onu xüsusi bir qurumun idarəçiliyinə verməkdən ibarət olmalıdır. Sonradan isə bu biznesin hərrac vasitəsilə iş adamlarına satışını təşkil etmək olar. Bütün hallar üçün fəaliyyətdə olan və keçmiş məmurların hamısının əlindən onların biznesləri alınmalıdı. Əgər hökumət iqtisadiyyatın kölgədə olan hissəsinin ümumi iqtisadiyyatımızdakı xüsusi çəkisinin bir rəqəmli səviyyəyə qədər azaldılmasına nail olarsa, bu halda büdcənin mədaxil hissəsinin ən azı iki dəfə artırılmaq mümkündür”.

Nərminə UMUDLU
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar