Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli görüşü keçiriləcək

Üçtərəfli görüş keçiriləcək...

APA-nın yerli bürosunun məlumatına görə, bunu bu gün Astarada Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi bildirib.

Q. Rzayi deyib ki, hər gün Azərbaycanİran sərhəd keçid məntəqələrindən qanuni şəkildə 8 minə qədər insan keçir: “Bu, iki ölkə arasında münasibətlərin inkişafının bariz nümunəsidir. Hər iki dövlət səy göstərir ki, ölkələr arasında istər dəmiryolu, istər avtomobil yolu sahəsində əlaqələr inkişaf etdirsinlər. Biz sərhədçilər olaraq bu layihələrin inkişafına töhfə vermiş oluruq. Bu layihələrin icrası iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına təkan göstərən amildir. Bu görüşün özü də sərhəd münasibətlərinin inkişafına böyük töhfədir. Bu günkü görüşdə qərara aldıq ki, mövcud münasibətlərimizi daha da inkişaf etdirək. Bizim bugünkü görüşümüz regionda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə ciddi bir mesajdır. Heç bir qüvvə bizim dövlətlər və millətlər aralarındakı münasibətlərə nifaq sala və münasibətləri poza bilməz. Bizim bu münasibətlər pozulmaz və möhkəmdir. Gələcək planlarımızda Elçin Quliyevin Tehrana səfəri, bizim Bakıya səfərimiz və ondan sonra da İran, Azərbaycan sərhədçilərinin və Türkiyə jandarmeriyasının iştirakı ilə üçtərəfli görüşü planlaşdırılır. Bu görüşlər özləri də regionda münasibətlərin inkişafına təsir göstərən amil və regionda vəziyyəti çətinləşdirmək istəyən qüvvələrə bir mesajdir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar