Bazar ertəsi, 17 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Bir generalın öldürülməsiylə dəyişən düzən...

Əsədi "sındıran" ABŞ-Rusiya ortaqlığı Xamnəini də bitirəcəkmi?..

Ərgün Dilər

“Takvim”, Türkiyə, 18 yanvar 2020-ci il

Yeni güc balansının yaradılmasına yönəlik addımların atılması sürətləndi, əməlli-başlı artdı və təhlükəli miqyaslara çatdı. Bunu görmədən qarşımıza çıxacaq tablonu oxumaq şansımız yoxdur. Qarşı-qarşıya olanlar indi yan-yanadır. Son kadrda birlikdə olmaları düşünülənlər sürətlə ortaq mərkəzlərinə doğru yol qət etməkdədirlər.

Bu gün də İran, Suriya və Liviya ilə davam edək. Savaşın cəbhələrini görək. Hər kəsi gözləyən təhlükəni də, böyük ortaqlıqları da görək.

Ötən günlərdə rus lider Putin İstanbula gəldi. Lakin öncə Dəməşqə baş çəkdi və Əsədlə görüşdü. Görüşün keçirildiyi salonun fotoşəkillərinə yaxşı baxın. İnternetdə tapmaq çox asandır. Diqqətlə baxın.

Əsədin köhnə qərargahı olan, lakin qısa müddət öncə rus hərbi bazasına çevrilən Dəməşqin şimalındakı bazanın nəhəng salonunda Əsədi qarşılayan Putinin davranışı təəccüb doğurmadı. Görüşün keçirildiyi salonda rus bayraqları vardı, lakin tək bir Suriya bayrağı belə, yox idi. Görüşdən öncə Əsəd bazanın gizli otağında 30 dəqiqə, həm də yalnız olaraq gözlədildi. Suriyanın Müdafiə naziri Əli Abdulla Əyyub isə taburetdən düzəldilmiş alçaq bir stula oturduldu. Fotoşəkilə baxın və təhqiri görün. Görüşdən sonra yeməkdə Əsədə kiçik bir boşqab verildi. Və bütün bunlar Suriya torpaqlarında oldu.

Yeri gəlmişkən, RusiyaSuriyaya dəvət edənin də ABŞ olduğunu heç unutmayaq.

Davam edək. Ukrayna Hava Yollarına aid olan, 752 saylı Tehran-Kiyev marşurutu ilə uçan təyyarənin raketlə vurulması və 176 adamın ölməsi, hansı yöndən baxılmasından asılı olmayaraq, bizim Qasım Süleymani sui-qəsdindən daha təhlükəli bir dünyaya doğru getdiyimizin sübutudur. Bunu bir yerə qeyd edin. İnanılmaz hadisələr baş verəcək.

İndi isə təyyarənin necə vurulduğuna baxaq. MKİ-də xidmət etmiş marka şəxslərin kiber hücumla bağlı baxışları vardır. Onları tapmaq elə də çətin deyil. Mən isə deyirəm ki, fərqli pəncərədən baxaq.

Təyyarəni İranın Rusiyadan satın aldığı SA-15 “Tor” Hava Hücumundan Müdafiə (HHM) sisteminin raketi vurdu. Bu sistemin xüsusiyyəti transponder siqnallarını oxuya bilən xüsusi bir proqrama sahib olmasıdır. Havada olan bir şeyin sərnişin təyyarəsimi, yoxsa düşmən hərbi təyyarəsimi olduğunu müəyyən edə bilən bu sistem (İFF) çox inkişaf etmiş sistemdir. Bu sistem araşdırar, dostu da, düşməni də tapar. Yəni, “Havada bir düşmən təyyarəsi var, vuraqmı, vurmayaqmı?” deyərək, sual etməz. Sistem öz mahiyyəti etibarilə havada olan hər şeyi tanıyır. Baxın, bu sistemə bir kiber müdaxilə oldu.

Birinci ehtimal odur ki, İran Baş Qərargahında olan bir kiber qrup İFF sistemini qapadıb. Bu qrup Ukrayna Hava Yollarına aid olan və 752 saylı Tehran-Kiyev marşurutu ilə uçan təyyarənin SA-15 “Tor” HHM sisteminin mənzilinə girməsinə sadəcə 18 saniyə qalmış İFF-i “yox” halına gətirib. SA-15 “Tor” HHM sistemi də sərnişin təyyarəsini ABŞ hərbi təyyarəsi kimi görüb və raketi buraxıb.

İkinci ehtimal Rusiya ilə bağlıdır. Bu ehtimala görə, Orta Şərq məsələsilə bağlı ABŞ-la birlikdə gizli-gizli irəliləyən Moskva Vaşinqtona bir jest edib. Moskvanın Arbat meydadında yerləşən Rusiya Baş Qərargahındakı kiber heyət İFF sistemini qapadıb. Raket təyyarə ilə görüşüb və faciə baş verib…

Üçüncü ehtimala görə isə, Vaşinqton, yəni Pentaqon Ukrayna Hava Yollarına aid olan təyyarəni hədəf alıb. Həmin vaxt Tehran üzərində olan ABŞ peykinin köməyilə İFF sistemi qapadılıb. Eyni anda HHM sistemi də avtomatik olaraq raketi göndərib, SA-15 “Tor” raketi təyyarəni vurub.

28 iyun 2019-cu ildə ABŞ-ın silah şirkəti (“Raytheon”un olma ehtimalı çox yüksəkdir) bir çox ölkənin HHM sisteminə sızmağa imkan verən proqram inkişaf etdirdikləri haqqında informasiyanı Pentaqonla bölüşdü. Məhz bu proqramın ilk dəfə SA-15 “Tor” HHM sistemi üzərində sınaqdan keçirilməsi ehtimalı da olduqca yüksəkdir.

Bu, eyni zamanda təhlükənin adıdır. Çünki kimlik, obyektin “dost”, yoxsa “düşmən” olmasını müəyyən edən İFF sistemini qapada bilən ölkə Fransa, Almaniya, İspaniya, İtaliya və Yaponiyanın, hətta Rusiyanın sərnişin təyyarələrini həmin ölkələrin öz HHM sistemləri vasitəsilə düşürə bilər. Ölkələrin öz silahı ilə öz sərnişin təyyarələrinin vurulmasının önü açıla bilər. Çünki bu proqram bir çox HHM sistemini düşmən tərəfindən istifadə edilə bilən hala gətirə bilir. Sizə bir sərnişin təyyarəsini döyüş təyyarəsi kimi göstərə bilir.

Sentyabr ayında (2019-cu il – tərc.) İranın Semnan Raket Buraxılış Bazasında “Safir” SLV peyki buraxılarkən partlamışdı. İddialara görə, bu partlayışın arxasında ABŞ-ın kiber mütəxəssisləri dayanırdı. Hətta ABŞ Prezidenti Tramp partlayışdan sonra atdığı “twet”də yazmışdı ki, “İranın Semnan Raket Buraxılış Bazasında “Safir” SLV peykinin son buraxılış hazırlıqları gedişində meydana gələn faciəvi qəzada ABŞ-ın heç bir rolu yoxdur”.

Eyni gündə bir çox ölkənin sərnişin təyyarələrinin həmin ölkələrin HHM sistemləri tərəfindən vurulmasını təsəvvür edə bilirsinizmi?

Artıq sərnişin təyyarələrinin, məsum sivil insanların belə, hədəf olduğu bir dövrə girdik. Təəssüf ki, artıq daha çox sərtləşən və qaydasız olan bir döyüşün içindəyik.

İrana baxın. Qasım Süleymaninin ölümündən doğan o xaos mühiti bitdi. Həm də 1 həftə içində. Qasım Süleymani sui-qəsdi ABŞ-ın dünyaya “İran adlı bir dövlət yoxdur” mesajı idi. Hücumdan bir gün öncə Pentaqonda görüşən generallar İrana yönəlik tək bir hücumun miqyaslı əməliyyat qədər zərər verəcəyini söylədilər. Ümumi fikir bu idi. Elə də oldu.

Süleymani sui-qəsdindən sonra baş verənlərə və mediaya baxın. Dünən, demək olar ki, heç bir İran qəzetində Süleymani ilə əlaqədar bir sətir belə, yox idi. Ölkənin milli qəhrəmanı 10 gündə unuduldumu?

İran artıq heç bir məsələ ilə bağlı dövlət olaraq ciddiyə alınmayacaq. Fransa, İngiltərə və Almaniya İranı “yox” hökmündə sayacaqlarını açıqladı. İranla bağlanan və bağlanacaq bütün müqavilələr Fransa, İngiltərə və Almaniya tərəfindən ləğv edildi.

Rusiya da iki önəmli toplantını ləğv etdi.

Yəni, artıq İran əvvəlki kimi olmayacaq. İndi “Necə bir İran?” sualına cavab axtarılır. Bu cavabı yalnız Vaşinqton bilir. Ya Xamnəyi gizlicə ABŞ-ın istəklərinə dəstək verəcək, ya da postundan endiriləcək.

İranı yarı yolda buraxan ilk ölkə, əslində, Çin oldu. Süleymani sui-qəsdindən sonra Çin “soyuqqanlılıq” çağırışı etdi. Çin İranın yanında yer almanın artıq yeni dünyada keçərli olmadğını gördü. Hətta Çinin Süleymani sui-qəsdindən sonrakı “soyuqqanlılıq” çağırışı ABŞ-da məmnuniyyətlə qarşılandı və 12 gün sonra ABŞ-la Çin arasında “ticarət müharibəsi”nin indilik bitirildiyinə dair rəsmi anlaşma imzalandı.

İndi geri çəkilək və baxaq. Liviya və Suriyada göründü ki, ABŞ-Rusiya ortaqlığı cücərməkdə və sürətlə yol qət etməkdədir. Almaniya da yanlarındadır. Berlinin sülh masasının qurulduğu yer olaraq seçilməsinin də, Həftərin Almaniya ilə görüşməsinin də səbəbi budur. Vatikan da bu məktəbdədir…

Digər tərəfdə də İngiltərə və ingilis ağlı var. Bir müddət öncə Boris Conson, “Köhnə dostluqlarımızı canlandırıb ortaqlaşaraq, qlobal bir suverenlik meydana gətirəcəyik” deyirdi.

Hansı tərəfin qalib gələcəyini, necə irəliləyəcəyini bilmirəm. Ancaq Türkiyə olmadan kimsə addım ata bilməz. Çünki mərkəzdə olan bizik. Bu, dəqiqidir. Bunu bilirəm.(Tərcümə Strateq.az-ındır)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar