Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlandı

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal olunub

 

PİA.az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 040,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 655,8 milyon dollar, idxalın dəyəri 12 milyard 384,7 milyon dollar təşkil edib, nəticədə 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artmış, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.

İxracın 29,6 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 6,6 faizini İsrailə, 5,2 faizini Hindistana, 5,1 faizini Almaniyaya, 4,1 faizini Çinə, 3,8 faizini İspaniyaya, 3,6 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,9 faiz olmaqla Fransa və Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,0 faizini Xorvatiyaya, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Ukraynaya, 10,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,5 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (2,0 faiz), Yunanıstana (1,9 faiz), İrana (1,3 faiz), Niderlanda (1,3 faiz), Qazaxıstana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,7 faizi Rusiya, 12,0 faizi Türkiyə, 9,8 faizi İsveçrə, 9,6 faizi Çin, 5,8 faizi ABŞ, 5,1 faizi Almaniya, 3,5 faizi Ukrayna, 3,4 faizi İran, 3,2 faizi Kanada, 2,7 faizi İtaliya, 2,4 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

pia.az


Etiket: Xarici ticarət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar