Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaz sayğacları ilə bağlı əhaliyə vacib xəbərdarlıq

“Azəriqaz” İstehsalat Birliyi vətəndaşların işbazlara aldanmaması üçün müraciət edib...

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar:

“Bir müddət əvvəl İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən NZS qəsəbəsində smart tipli qaz sayğaclarının olmanması aşkarlandı. Araşdırma aparıldı və məlum oldu ki, o sayğaclar orada hansısa işbazlar tərəfindən quraşdırılıb.Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar:

Onlar başqa ərazidən sayğacları oğurlayıb, burada quraşdırıblar. İşbazlar sayğaclara müdaxilə edib, insanlar qazdan istifadə ediblər. Hər ay gəlib, vətəndaşdan razılaşdığı məbləği alıblar. İnsanları hər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Nəticədə, vətəndaşa kart verilməyib.

Çünki hər bir sayğaca görə abonentə bir kart kodlaşdırılır. Belə hal aşkarlanandan sonra əraziyə müdaxilə etdik. Araşdırma aparılarkən müəyyən faktlar üzə çıxdı. Sayğacın hər birinin mərkəzi bazada öz kodu, nömrəsi var. Bu sayğaclarının bir qismi vaxtilə ayrı-ayrı ünvanlardan oğurlanan smart tipli qaz sayğacıdır”.

İB rəsmisi vətəndaşları diqqətli olmağa çağırıb:

“Onları aldatmağa çalışan işbazlar olarsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat versinlər. Bu yaxınlarda bu tip qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edildilər. Qaz sayğacını oğurlayan Suraxanı və Nəsimi rayon sakinləri üç il müddətinə azadlıqldan məhrum olundular.

Bu insanlar 2018-2019-cu illərdə üç qəsəbədə - Qala, Şüvəlan,Türkanda yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıblar. Hesab edirik ki, belə halların ifşa olunması, bu işlə məşğul olanların fikrində dönüş yaradacaq”.

pia.az


Etiket: Azəriqaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar