Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, Nobel Komitəsinin nüfuzuna xələl gətirir” - Qarbaçovun Nobel mükafatı necə geri alına bilər?

Xəbər verdiyimiz kimi, ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Mixail Qarbaçova verilmiş Nobel sülh mükafatının geri alınmalı olduğunu söyləyib...

Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalistin fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi və Heydər Əliyev orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil”.

Bəs Nobel mükafatı hansı hallarda geri alına bilər? Ümumiyyətlə, bu, mümkündürmü?

Bu suallarımıza cavab tapmaq üçün fəlsəfə elmləri namizədi, Nobel araşdırmaçısı Etibar Əliyevlə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, Nobelin vəsiyyətinə uyğun olaraq, bu mükafat təqdim olunan şəxsdən geri alına bilməz:

“Ümumiyyətlə, bu mükafatın geri alınma mexanizmi yoxdur. Nobel komitəsinə müraciət edilmişdi ki, Naypol adlı yazıçı öz əsərlərində İslamı təhqir edib, buna görə də mükafat ondan geri alınsın. Amma bu, mümkün deyil. Nobelin vəsiyyətində də göstərilir ki, mükafat geri alına bilməz”. 

O, Nobel mükafatı ilə bağlı pozulan qaydalardan da danışıb: 

“Məsələn, dünyasını dəyişmiş şəxslərə bu mükafat verilməməlidir. Orada belə tələblər qoyulub. Lakin bəzi hallarda həmin qayda pozulub. Məsələn, bir nəfərə iki dəfə mükafatın verilməməli olduğu nəzərdə tutulsa da, Mariya Küri və Linus Pulinq iki dəfə bu laureatı qazanıblar. Ancaq mükafatın geri alınması prosesi olmayıb”. 

Bəs görəsən, qaydaları növbəti dəfə pozub mükafatı Qorbaçovdan geri ala bilərlər? E.Əliyev qeyd edib ki, Qarboçova verilən Nobel mükafatında əslində, 20 Yanvar hadisələri nəzərə alınmayıb. Sovet İttifaqının keçmiş prezidenti yalnız SSRİ-nin dağılması, Almaniyanın birləşdirilməsi proseslərinə görə, bu laureatı qazanıb:

“Qarbaçova bu mükafatı 20 Yanvar faciəsinin olduğu ildə verdilər. Ancaq Nobel sülh komitəsi bu qırğını nəzərə almadı. Yəni, onlar Almaniyanın birləşdirilməsi, SSRİ-nin dağıdılması və.s bu tipli faktorları nəzərə alaraq verdilər. Düşünürəm ki, bu mükafat verilərkən Bakı qırğını nəzərə alınmalı idi. Ümumiyyətlə, həmin mükafatın ən mübahisəli qolu sülh üzrə mükafatıdır və Qarboçova da çoxlu mübahisə doğuran səbəblərlə bu mükafat verilib. Ancaq hələ indiyə qədər hər hansı mükafatın geri alınması məsələsi olmayıb. Bütün ekspertlər də düşünür ki, Qarbaçova bu mükafatın verilməsi yersiz idi və bu, Nobel Komitəsinin nüfuzuna xələl gətirir. Təkcə Qarbaçov yox, bir neçə şəxs var ki, onların sülh üzrə mükafatlandırılması mübahisə doğuran məsələlərdir”. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar