Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni tikililərdə əmlakları üçün çıxarış almaq istəyənlərin nəzərinə

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il 19 fevral tarixində “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb...

Bununla da, dövlət başçısı məskunlaşmasına baxmayaraq, yeni tikililərdə əmlakları üçün çıxarış ala bilməyən on minlərlə insanın problemini həll edib.

PİA.az xəbər verir ki, bu binaların sənədləşdirilməsi prosesi, həmçinin, yeni tikilən binaların idarəçiliyini Mənzil-Tikinti Kooperativlərindən bu sahədə ixtisaslaşmış şirkətlərə, bələdiyyələrə və ya Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə verilməsini təmin edir.

Bəs qərar qəbul olunduqdan sonra hansı işlər görülüb? 

Fərmanın təsdiqindən sonra 2019-cu ilin mart ayına olan məlumatda bildirilib ki, istismara qəbul olunmamış, lakin tikintisi başa çatdırılmış 400-ə yaxın binanın sakinlərinin problemlərinin həlli istiqamətində konkret addımlar atılıb. Martın 15-də Bakının Səbail rayonunun Abbasquluzadə küçəsi, 17 ünvanında “İdeal” MTK tərəfindən inşa edilən hündürmərtəbəli, çoxmənzilli binanın sakinlərinə çıxarışların təqdim olunması Prezident İlham Əliyevin məlum Fərmanının icrası istiqamətində atılan növbəti addımlardan olub. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev bildirib ki, çıxarış verilən binada təqribən 561 mənzil var. Bu mənzillərin 50 faizindən çoxu istismar olunub:

“Ümumilikdə hazırlanan siyahıdakı binalarda 70 minə yaxın istismar edilməyən mənzil var. Həmin mənzillərin 70 faizi artıq məskunlaşıb. Prezident İlham Əliyev tərəfindən həyət evləri ilə bağlı da tapşırıq verilib. Biz hazırda bu məsələləri araşdırırıq”.

Daha sonra - ötən ilin may ayında Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi məlumata görə, artıq 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilib. Ümumilikdə, bu Fərman 400-dək yaşayış kompleksinə şamil olunub, 50 minədək mənzili əhatə edib. Həmin binalar Bakının Səbail, Nəsimi, Yasamal, Xətai, Nərimanov və Nizami rayonlarında yerləşir.

Bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarıb. Belə ki, cari ilin yanvar-aprel aylarında ölkə üzrə 72,4 minədək daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19,7 minədək (27,2 faizi) ilkin, 52,7 minədək (72,8 faizi) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13,4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36,5 mini torpaq sahəsi, 1500-dək qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-dək isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.

Dörd ayda, həmçinin 62,5 mindən çox daşınmaz əmlakının texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib. Bu müddətdə 15 minədək ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minədək məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Bu ilin yanvar ayının 7-də isə Əmlak Məsələləri Dövlət Komitəsi açıqlayıb ki, 2019-cu ildə ölkə üzrə istismarına icazə verilən 277 MTK, MMC, fiziki şəxslərə aid binanın istismarına icazə aktları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. 262 MTK, MMC, fiziki şəxslərə aid binalar Bakıda, qalan 15 MTK, MMC, fiziki şəxslərə aid binalar rayonlarda yerləşir. Paytaxt üzrə isə ən çox istismarına icazə verilən bina Yasamal rayonundadır. Həmin binalarda yerləşən 11 mindən artıq mənzilin çıxarışı hazırlanıb. Həmçinin 1000-dən çox sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.

İstismarına icazə verilməsi ilə bağlı binanın sənədləri daxil olan zaman dərhal, operativ olaraq mənzillərə çıxarışın verilməsi işlərinə başlanılır. Bu məqsədlə MTK-lar, vətəndaşlar üçün maarifləndirici tədbirlər keçirilir, çıxarışların hazırlanması ilə bağlı lazım olan ilkin sənədlər barədə informasiya verilir. Həmçinin belə binalara müvafiq məlumat xarakterli elanlar, bildirişlər yerləşdirilir.

MTK tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi tələb edilir. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Bundan başqa prosesin daha intensiv aparılması məqsədilə ünvanlarda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial kampaniyalar hər həftə keçirilir. Kampaniyanın qrafiki, keçiriləcəyi binaların ünvanı barədə ictimai məlumatlandırma aparılır.

Vətəndaşlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləğini onlayn qaydada öyrənə bilərlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar