Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO

Parlament seçkiləri ilə bağlı, namizədlər haqda hər gün maraqlı məlumatlar yayılmaqdadır...

Bu gün 20 Yanvar faciəsinin 30-cu il dönümü münasibəti ilə əlaqədar olaraq növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsində deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev seçki qərargahının üzvləri ilə birlikdə Abşeron rayonunun Qobu və Saray qəsəbəsində tədbir keçirmişdir.

Tədbir zamanı ilk öncə Qobu qəsəbəsində Şəhidlər abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub.

Daha sonra şəhidlərin ruhuna ehsan süfrəsi verilib. Vətən yolunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igidlərin ruhuna dualar oxunub.

Qobu qəsəbəsindəki görüşdən sonra Mehdi Mehdiyev seçki qərargahının üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə gedib.

Saray qəsəbəsində şəhidlər abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Saray qəsəbəsində Şəhidlər abidəsi ziyarət edildikdən, şəhidlərin ruhuna dualar oxunduqdan sonra Mehdi Mehdiyev Saray qəsəbəsində yaşayan şəhid Hüməbətov Eyvaz İsmayıl oğlunun, Rüstəmov Vüqar Məlik oğlunun, Cəlilov Rövşən Məmməd oğlunun, Abbasov Muxtar Abbas oğlunun və Mənsimov Adil İliç oğlunun ailəsi ziyarət edilib.

Mehdi Mehdiyev şəhid ailələrinin problem və qayğıları ilə maraqlanıb, dövlətin şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən danışıb.

Şəhid ailələri deputatlığa namizəd Mehdi Mehdiyevə dəstək verdiklərini ifadə ediblər.

pia.az

Fotolar




Etiket: Mehdi Mehdiyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar