Cümə, 28 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Ziya Məmmədovun yaxın qohumu yüzlərlə insana "pul atıb"?

"4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."

 

23 fəhlənin zəhmət haqqını ödəməyən villa sahibi nazirin adından istifadə edib?

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu kimi tanınan Zamin Məmmədov adlı şəxsin evində fəhlə və usta kimi çalışdıqlarını bildirən Ramil Ataşov və Eldəniz Abbasovun adından redaksiyamıza daxil olan şikayət məktubunda qeyd edilir ki, adıçəkilən şəxs onların halal zəhmət haqqını ödəmək istəmir.

Şikayətçilərin ölkə başçısına və Daxili İşlər nazirinə ünvanladıqları, bir nüsxəsini də “AzPolitika.info”-ya göndərdikləri məktubda bildirilir ki, ümumilikdə 23 nəfər Z.Məmmədovun 4 mərtəbəli evinin tikintisində 8 ay çalışıb. Lakin evin sahibi fəhlələrin zəhmət haqları və onların mağazalardan tikinti üçün nisyə götürdükləri malların dəyəri olmaqla, ümumilikdə 37 min manatı ödəməkdən imtina edib.

Düşdükləri çıxılmaz vəziyyətlə bağlı ölkə başçısına və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən fəhlələr yazır: “Məmmədov Zamin Fərhad oğlunun Nərimanov rayonunun Maqsud Əlizadə küçəsi 68 ünvanındakı 4 mərtəbəli evini və həyətini ötən ilin may ayından dekabr ayının sonuna qədər Avropa standartlarına uyğun yüksək səviyyədə təmir etmişik, qara qul kimi gecə-gündüz fəhləlik etmişik. Onun yağlı vədlərinə inanaraq bizə etibar edən ticarət şöbələrindən on min manatlarla nisyə material alıb işlətmişik. Son nəticədə 37 min 716 manat yığılıb qalmış pulumuzu istədikdə isə onun təhqirlərinə məruz qalmışıq”.

Şikayətçilər iddia edirlər ki, Z.Məmmədov onlarla bərabər xeyli sayda digər şəxsləri də aldadıb: “Biz onun qapısında işləyəndə hər gün onlarla insan borc pul dalınca onun ünvanına gəlir, onu evdə tapa bilmirdilər... Biz artıq hiss edirdik ki, haqqımızı ala bilməyəcəyik və bizi də eyni aqibət gözləyir. Lakin işimizi də yarımçıq qoymaq istəmirdik, vəziyyətdən çıxış yolu axtarırdıq. Neçə müddətdir Zamin Məmmədovun ətrafında apardığımız müşahidələr göstərir ki, onun hiylə yolu ilə aldadıb malını, pulunu varidatını ələ keçirdiyi insanların sayı yüzlərlədir.”

Sonda şikayətçilər ölkə başçısından və nazirdən bu işi nəzarətə götürmələrini, onlara dəymiş ziyanın ödənilməsini xahiş edirlər.

Redaksiyamız qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Ziya Məmmədov


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Artıq vəzifəli şəxslər sərvətini cəmiyyətdən gizlədə bilməyəcək - Prezidentdən Sərəncam

Prezidentin istefaya göndərdiyi generallar haqda maraqlı faktlar

Ramiz Zeynalovun yeni “prava” rəisi kimdir? - Əhmədzadənin kürəkəni, obyektlər kralı və …

Prezident Kəmaləddin Heydərova yeni vəzifə verdi

Bakıda insanların arasında atəş açan şəxs Mingəçevirdə məhv edildi

İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər

Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb - Səbəb?

"Ata Bank" çökdü... - Bankın xəzinə yeri bağlıdır

Azərbaycanda koronavirus şübhəsi ilə bağlı 177 nəfər həkim müşahidəsinə alındı

İqbal Ağazadə : “Heç nəyi tapdalamadım, vicdanım rahatdır”

Koronavirus və dünya iqtisadiyyatı - Mərkəzi banklar təşvişdədir...

loading...

Ən çox oxunanalar