Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Rusiya sərhədlərinə doğru irəliləyir - Qarşıdurmanın regiona təsirləri nə ola bilər?

Plana görə ABŞ ordusu Atlantik okeanını keçərək Qərbi Avropaya yerləşdiriləcək. Bundan sonra isə sürətlə Polşa və Baltikyanı ölkələrin ərazisində daxil olaraq Rusiya ilə sərhəddə mövqe quracaq...

Politoloq: “NATO-nun “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 30 mindən artıq hərbiçini Rusiyanın qərb və cənub sərhədləri hüdudlarına yerləşdirməsi yeni hərbi-siyasi müstəvidə gərginliyə səbəb ola bilər”

“Əlbəttə ki, NATO-Rusiya qarşıdurması regiona təsirsiz ötüşmür. Ən azı Rusiyanın başçılıq etdiyi KTMT təşkilata regionun bir üzvü olan Ermənistan daxildir”.

Bu sözləri politoloq İlqar Vəlizadə NATO-nun “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərini və bu təlimlərini PİA.az-a şərh edərkən qeyd edib.

NATOAvropanın müdafiəçisi – 2020” hərbi təlimlərinə hazırlaşır. Təlimlərdə iştirak üçün 20 min ABŞ hərbçisi Avropaya gətiriləcək. Bu son 25 ildə NATO-nun keçirəcəyi ən miqyaslı hərbi təlimlar olacaq.

Ümumilikdə, təlimlərdə 37 min NATO hərbçisi iştirak edəcək. 2020-ci ilin fevral-aprel aylarında aparılacaq təlimlər zamanı “Dinamik cəbhə”, “Mütəffiqlik ruhu”, “Dəyənəyin zərbəsi”, “Cəld cavab” və s. kiçik təlimlər də baş tutacaq.

Plana görə ABŞ ordusu Atlantik okeanını keçərək Qərbi Avropaya yerləşdiriləcək. Bundan sonra isə sürətlə Polşa və Baltikyanı ölkələrin ərazisində daxil olaraq Rusiya ilə sərhəddə mövqe quracaq.

Qərb mətbuatı isə bunu Rusiya ilə mümkün müharibəyə hazırlıq kimi qələmə verib.

“Rəsmi olaraq, təlimlərin ABŞ ordusuna aid olduğunu açıqlanıb. Əslində isə NATO Rusiya ilə müharibəyə hazırlıq üçün bu təlimləri keçirir”.

Bu təlimlər NATORusiya arasında yeni qarşıdurmaya yol aça bilər? Ümumiyyətlə NATORusiya arasında qarşıdurmanın regionumuza hansı təsirləri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Hər iki tərəfdən nümayiş edilən güc təkcə NATO-Rusiya gərginliyinə səbəb olmur. Eyni zamanda bu addım Rusiya ilə başqa NATO ölkələrinin münasibətlərində gərginliyə yol açır”.

Azərbayacanın nə NATO-nun, nə də KTMT-nin üzvü olmadığını xatırladan politoloq əlavə edib ki, Azərbaycan Ermənistanla qonşudur və müharibə şəraitindədir. Rusiyanın da hər hansı formada Ermənistanda güclənməsi Azərbaycanın ictimai rəyində müəyyən fikirlərinin yaranmasına səbəb olur:

NATO-nun “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 30 mindən artıq hərbiçini Rusiyanın qərb və cənub sərhədləri hüdudlarına yerləşdirməsi yeni hərbi-siyasi müstəvidə gərginliyə səbəb ola bilər. Çünki təcrübə göstərir ki, NATO Rusiya sərhədlərinin yanında təlim keçəndən bir müddət sonra Rusiya da həmin bölgədə hərbi təlimlər keçir. Bu da əlbəttə ki, regionda siyasi-hərbi vəziyyəti gərginləşdirir. Həmçinin də hər iki tərəfdən nümayiş edilən güc təkcə NATO-Rusiya gərginliyinə səbəb olmur. Eyni zamanda bu addım Rusiya ilə başqa NATO ölkələrinin münasibətlərində gərginliyə yol açır.

Əlbəttə ki, NATO-Rusiya qarşıdurması regiona təsirsiz ötüşmür. Ən azı Rusiyanın başçılıq etdiyi KTMT təşkilata regionun bir üzvü olan Ermənistan daxildir. Ümumiyyətlə NATO-Rusiya münasibətlərinin gərginləşməsi Ermənistanda Rusiya hərbi infrastrukturunun güclənməsinə gətirib çıxarır. Bu da dolayı yollarla regiona öz təsirlərini göstərir.

Eyni zamanda da Gürcüstan cari NATO-nun hərbi-siyasi planlarında iştirak edir. Məlumdur ki, Gürcüstan NATO ölkəsi deyil, amma Gürcüstanın NATO ilə sıx əməkdaşlıqları var. Həmçinin NATO-nun müəyyən infrastrukturiya da Gürcüstanda qurulub. NATO-Rusiya qarşıdurması da bu infrastrukturiyanın güclənməsinə gətirib çıxarır. Buna görə də Gürcüstanla yaxşı münasibətləri olmayan Rusiya münasibətləri daha da gərginləşdirir. Bu vəziyyət də ümumillikdə Cənubi Qafqazdakı fona mənfi təsir göstərir.

İlqar Vəlizadə: “Gürcüstan-Rusiya qarşıdurması regionda Azərbaycanın iştirakı ilə reallaşan layihələrin sonu üçün heç də yaxşı təsir göstərməyəcək”.

Bildiyimiz kimi Azərbayacan nə NATO-nun, nə də KTMT-nin üzvü deyil. Hər iki quruma üzv olmaq Azərbayacanın heç niyyəti də deyil. Amma məlumdur ki, Azərbaycan Ermənistanla qonşudur. Hətta Ermənistanla müharibə şəraitindədir. Rusiyanın da hər hansı formada Ermənistanda güclənməsi Azərbaycanın ictimai rəyində müəyyən fikirlərinin yaranmasına səbəb olur.

Bir yandan da Gürcüstan-Rusiya qarşıdurması regionda Azərbaycanın iştirakı ilə reallaşan layihələrin sonu üçün heç də yaxşı təsir göstərməyəcək. Bütün hallarda NATO-Rusiya qarşıdurması bizə də təsir göstərir. Buna görə də biz istəməzdik ki, NATO-Rusiya münasibətləri gərginləşsin. Azərbayacan bufer ölkəsi olaraq müəyyən təsirlər ondan yan keçmir”.

Nərminə UMUDLU
pia.az


Etiket: NATO Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar