Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zirəddinin "ekstra gücü" ortaya çıxdı - "Pul qarşılığında bizə məlumat ötürürüdülər"- Video

Zirəddin bütün yalanları etiraf etdi...

Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyada keçirilən ekstrasenslər yarışmasının əslində böyük bir yalan üzərində qurulduğunu və ömrü boyunca ekstrasens görmədiyini etiraf edib.
Rusiyanın “Rossiya 1” telekanalında efirə gedən verilişdə o, əldə etdiyi uğurun əslində bir qurma şoudan ibarət olduğunu bildirib.

PİA.az xəbər verir ki, sözügedən proqramda jurnalist məşhur azərbaycanlı ekstrasensə sənəti və “Ekstrasenslərin döyüşü?” adlı tolk-şousunda necə finala çıxdığı barədə suallar verir. Gizli çəkiliş zamanı Z.Rzayev yarışmada pul qarşılığında efirdən əvvəl məlumatların ona ötürüldüyünü bildirib. Ekstrasenslərə inanmadığını və onları fırıldaqçı adlandıran Zirəddin, özünün də məhz yalan və saxtakarlıq yolu ilə finala yüksəldiyini etiraf edib.

Sözügedən dialoqu təqdim edirik:

R.Zirəddin: Əslində mən həyatım boyunca əsl ektrasens görməmişəm.

Jurnalist: Bəs siz necə?

R.Zirəddin: Bəli, mənim fövqəltəbii bəzii güclərim var, nəsə göstərə bilərəm. Amma yerdə qalan ekstrasenslər mənim üçün yoxdur.

Jurnalist: Gözləyin, bəs “Ekstrasenslərin döyüşü” proqramı? Orada ekstrasens ümumiyyətlə yoxdur?

R.Zirəddin: İndi mən hər şeyi danışacağam. Yaxşı psixoloqlar var və bir də bəzi xəstələr. Onların efirə qədər heç bir qabiliyyəti və işi olmur. Birdən ortaya çıxıb, ekstrasens olurlar. Mən həmişə demişəm ki, onlar ümumiyyətlə fırıldaqçıdırlar.

Jurnalist: Siz yarışmada böyük finala özünüz çıxdınız ya necə?

R.Zirəddin: Yox, mən bunu gizlətməyəcəyəm. Mənim Çapayev haqqında dediklərimi yəqin ki, xatırlayırsınız. Mənim yanıma bir qız gəldi. O, köynəyimi düzəldirmiş kimi elədi və mənə məlumatı pıçıldadı: “Bir kişi var, o uzun illər əvvəl yaşayıb”. Onlar məlumatı yarışmacılara ötürürlər. Bu, 100% belədir.

Jurnalist: İnformasiyanı pul qarşılığında ötürürlər?

R.Zirəddin: Əlbəttə ki. Bu yaxınlarda, biz “İstintaqı ekstrasenslər aparır” verilişində olduq. Efirdən əvvəl bizə məlumat ötürdülər ki, həmin şəxsin tək qızı olub və onu öldürüblər. Mən bütün sirləri sizə açdım. (Gülür)

Xatırladaq ki, Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan" "Youtube" kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia etmişdi.

Bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə, "Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb", deyə onun iddiasına cavab vermişdi. (Yeniavaz.com)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar