Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu, neftçalalılar üçün tarixi şansdır” – Sabir Rüstəmxanlı 

Sabir Rüstəmxanlı görüşlərini davam etdirir...

61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, Xalq şairi Sabir Rüstəmxanlı seçicilərlə görüşlərini davam etdirir.

Bu gün Yuxarı Qaramanlı kəndinə gedən Xalq şairini sakinlər alqışlarla qarşılayıb, onun Neftçalanı seçməsindən məmnun olduqlarını bildiriblər.

Deputatlığa namizədin vəkili, Neftçalanın tanınmış ziyalılarından olan Etibar Əbilov Sabir bəyin Neftçalanı seçməsinin yerli əhali üçün tarixi şans olduğunu dilə gətirib.

O, Sabir bəyin yaradıcılığından, keçdiyi həyat yolundan bəhs edib və hər bir sakini bu prosesdə aktiv olmağa səsləyib: “Milli Məclis təcrübə meydanı deyil. Orda xalqın dərdini dilə gətirə bilən, səsi hər yerdən eşidilən, hörmət sahibi olan şəxslər təmsil olunmalıdır. Şəxsən mən çox fəxr edərəm ki, bizim rayonu Sabir Rüstəmxanlı boyda şəxsiyyət təmsil etsin. Müstəqilliyə gedən yol Meydandan başladı. Meydan hərəkatı deyəndə isə ilk yada düşən Sabir Rüstəmxanlı olur. S.Rüstəmxanlı xalqımızın o şəxsiyyətlərindədir ki, meydan hərəkatında bütün Azərbaycan xaliqi ona öz adından danışmaq səlahiyyəti vermişdi. İndi biz Neftçala adından ona bu səlahiyyəti niyə verməyək?

Onun biz neftçalalıları Milli Məclisdə təmsil etməsini niyə istəyirəm?Mənə Milli Məclisdə xalqın güvəndiyi, xalqın istək-arzularını dilə gətirən, cəsarətli, qətiyyətli insan lazımdır. Mənə Milli Məclisdə xalqımızın rifahına xidmət edəcək qanunları qaldıran, onu həyata keçirə bilən, tətbiqinə nail ola bilən insanlar lazımdır. Mənə Milli Məclisdə xalqın mənafeyini öz mənafeyindən üstün tutan insanlar lazımdı. Mənə Milli Məclisdə sözü ciddiyə alınan söz sahibi lazımdı.

Sadaladığım keyfiyyətləri yalnız Sabir Rütəmxanlıda görürəm. Milli Məclisə seçkilərdə səhvə yol vermək bağışlanmazdır. Çünki bu səhvi düzəltmək üçün 5 il lazımdır. Ona görə də seçimimizdə yanılmayaq və Sabir bəyə səs verək”.

Sonra sakinlər çıxış ediblər, kəndin problemlərindən danışıblar, S.Rüstəmxanlıdan bu problemlərin həlli üçün kömək istəyiblər.

Fotolar

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar