Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi

Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərin Seçki Məcəlləsinin tələbinə uyğun hazırlanaraq azad, ədalətli və şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən lazımi tədbirlər görülür...

Bunu MSK-nın sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının reallaşdırılması ilə bağlı bütün addımlar MSK tərəfindən hazırlanıb təsdiq edilən Təqvim Planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə atılır: “Aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla müxtəlif statuslu seçki subyeklərinin maarifləndirilməsi, seçicilərin məlumatlandırılması və onların konstitusion hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasına şəraitin yaradılması baxımından nəzərdə tutulan bütün layihələr uğurla gerçəkləşdirilir”.

MSK sədri vurğulayıb ki, Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyır: “Məntəqə seçki komissiyalarının üzvləri vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlməklə vətəndaşlarımızın seçki hüquqlarının qorunması, seçici siyahılarının dəqiqləşdirilməsi və seçicilərin həmin siyahılarla tanış edilməsi, seçki məntəqələrinin səsvermə gününə tam hazır olması, seçicilərin azad və sərbəst səs vermələrinin təşkili, səslərin hesablanması və səsvermənin nəticələri haqqında rəsmi protokolların qüsursuz tərtib edilərək dərhal dairə seçki komissiyalarına gətirilməsi kimi mühüm vəzifələri qanunvericiliyin tələblərinə uyğun yerinə yetirməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar