Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcma: İşğal olunmuş ərazilərdəki tarixi və mədəniyyət abidələri “bərpa” adı altında erməniləşdirilir - Bəyanat

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb...

İcmadan APA-ya daxil olan bəyanatda bildirilib ki, son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır.

“Bir müddət əvvəl Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “bərpa” edərək buranı “fars mədəniyyət mərkəzi” adlandıran rejim, indi də 18-ci əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa Qalasını “bərpa” etməyi planlaşdırır. KİV-lərin yaydığı məlumatlara görə, gələcəkdə AğdərəLaçın rayonlarında yerləşən Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində minlərlə mədəni, tarixi, dini abidəmiz erməni təcavüzünün qurbanı olub. Bu abidələrin bir qismi tamamilə yer üzündən silinib. Qalan abidələr isə yararsız vəziyyətə salınıb.

Ermənistan torpaqlarımızı işğal etmək, xalqımızı soyqırımına məruz qoymaq, minlərlə insanı öz yurdundan didərgin salmaqla yanaşı, həm də tarixi abidələrimizi məhv edir. Hazırda Ermənistan bu ləkəni öz üzərindən silmək üçün yalançı və saxta “təmir-bərpa” işləri aparır.

Ermənistanın bu abidələri “bərpa” etmək planlarının arxasında duran çirkin məqsədlər təkcə bizi deyil, həm də beynəlxalq təşkilatları düşündürməlidir. Çünki bu tendensiyanın yayılması dünya mədəni-tarixi mirası üçün təhlükədir.

İşğal altında olan ərazilərimizdəki bütün abidələr ata-babalarımız tərəfindən ucaldılıb, bu abidələrin üzərində əcdadlarımızın əl izləri yaşayır. Ermənistanın işğalına son verildikdən və torpaqlarımıza geri qayıtdıqdan sonra, bizə miras qalan abidələrimizə yenidən həyat bəxş etmək bizim əsas vəzifəmizdən biri olacaq.

Bütün bunlar Ermənistanın YUNESKO qarşısında götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, bu ölkənin riyakar xislətini, Beynəlxalq ictimaiyyəti aldatmaq, öz vandalizm əməllərinə mədəni-sivil don geyindirmək cəhdidir”, - deyə bəyanatda qeyd olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar