Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni baş nazirin bacısı əmlak kralıdır - Miyonlarla dəyəri olan evləri və torpaq sahələri var

Rusiyanın yeni baş naziri Mixail Mişustinin 49 yaşlı bacısı Natalia Steninanın Moskvada və Moskva ətrafında ümumi dəyəri 1 milyard rubldan (16 milyon dollar) çox olan daşınmaz əmlakının olduğu üzə çıxıb

Bu barədə məlumatı Federal Vergi Xidmətinin qapalı məlumatlarına istinadən BBC-nin Rus xidməti verib. Stenina Moskvanın mərkəzində Knightsbridge Private Park yaşayış kompleksində sahəsi 170 kvadratmetr olan mənzilin sahibidir.

BBC-nin təxminlərinə görə, bu mənzilin qiyməti 180 milyon rubldur (3 milyon dollar). Mənzilin sahibi kimi “Rusiya Federasiyası” göstərilib.

Bundan başqa xanım Stenina Ağalarov yaşayış komleksində elit daşınmaz əmlaka malikdir. Rusiya antikorrupsiya fondunun məlumatına görə, bu daşınmaz əmlak Natalia Steninanın adına qeydiyyatdan keçirilib.

Rəsmi sənədlərdə “Rusiya Federasiyasının” əmlakı kimi göstərilən bu mülkün qiyməti 370 milyon rubldur (6 milyon dollar).

Bundan əvvəl Rusiyanın “Açıq media” saytı xəbər verirdi ki, Mişustinin ailəsi Nikola dağı adlanan ərazidə ümumi dəyəri 1,5 milyard rubl olan 2,6 hektar torpaq sahəsinə malikdir. ButorpaqdaSteninanınpayı 1,3 hektardır.

Rusiya dövlət reyestrində sahibin kimliyi gizlədilir, amma antikorrupsiya fondunun məlumatına görə bu torpağın rəsmi sahibi Steninadır. Bu da xəbər verilir ki, NataliaStenina özpartnyorları ilə birlikdə Moskvanın “Tverskoybulvarında” yerləşə nbinanın sahibidirlər. Bu binada əvvəllər “NedalniyVostok” restoranı yerləşib.

Bubiznesdə Steninanınpayı 140 milyonrubldur. Putinin yeni baş nazirinin bacısı əvvəllər bu restoranda 25 faizə malik olub. 2019-cu ildə restoran bağlanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar