Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kənd camaatı Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlib…” - Tanınmış şair deputatı biabır etdi

Xəbər verdiyimiz kimi bu il fevral ayının 9-da Milli Məclisə növbədənkənar deputat seçkiləri keçiriləcək. Hazırda gündəm olan seçki prosesinə ziyalıların münasibəti də müxtəlifdir. Namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı baş vermiş neqativləri diqqətə çatdırmaq, işıqlandırmaq isə vətəndaşın, seçicinin vicdan meyarına bağlıdı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, Filologiya üzrə fəlsəfə doktoru, Cəlilabad rayonu Alar kənd Rauf Quliyev adına 3 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Bilal Alarlı sakini olduğu kənddə deputatlığa namizədin seçicilərlə görüşündən təəssüratını bölüşüb.

Müəllimin fikirlərini olduğu kimi təqdim edirik:

“21 yanvarda mərkəzi Alar kəndində yerləşən 68 saylı Cəlilabad seçki dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülmüş Elman Nəsirovla görüş keçirilib. Görüşü “nümunəvi” təşkil etmək üçün Alar kəndindəki 3 orta məktəb bağlanmış, müəllimlər icbari şəkildə Alar 1 saylı tam orta məktəbə gətirilmişlər. 68 saylı dairədən namizədliyini digər partiyalardan irəli sürmüş şəxslər və müstəqil namizədlər üçün oxşar şərait yaradılmamış, əksinə, onların müəllimlərlə görüş üçün məktəblərə buraxılması qadağan edilmişdir.

Beləliklə, müəllimlər rayon təhsil şöbəsinin rəhbərliyi və işçiləri də daxil olmaqla əslən Cəlilabadın Təzəkənd kəndindən olan, lakin bu kənd camaatının çoxdan unutduğu Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlmiş və əyilə-əyilə də çıxıb getmişlər. Görüşdə yadda qalan çıxışı Alar bələdiyyəsinin 90 yaşlı sədri Bağış Mustafayevin çıxışı olmuşdur. Ağsaqqalın çıxışı sürəkli alqışlarla qarşılanmışdır. Elman Nəsirov görüşün sonunda əyilərək ağsaqqalın qüsullanmış əllərindən öpmüşdür. Bundan başqa, bir neçə əyilməyi bacaran Alar kənd sakininin də çıxışı maraqla qarşılanmışdır. Nəticədə, həmin gün Alar kəndindəki orta məktəblərdə dərslər əyilmiş, şagirdlər də əyilə-əyilə çıxıb evlərinə getmişlər.

P.S. Cəlilabad rayon təhsil şöbəsini deputatlığa namizəd Elman Nəsirov beləcə əydi, qaldı İcra hakimiyyətini və bələdiyyəni əymək!

ŞƏKİLDƏ: Əyilmiş Alar kənd 3 saylı tam orta məktəbinin “möhtəşəm” binasını görürsünüz. Elman Nəsirov söz verib ki, təkrar deputat seçiləndən sonra bu məktəbi sökdürüb yerində üçmərtəbəli yeni korpus tikdirəcək”.(manevr.az)

pia.az


Etiket: Elman Nəsirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar