Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbdürrəhman Vəzirov 20 Yanvardan və istefasından danışdı

“1990-cı ilin yanvarında ordunun Bakıya yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunması barədə fərman olub”

Bu barədə Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi Əbdürrəhman Vəzirov Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, həmin yanvarın 18-də artıq Azərbaycana rəhbərlik etməyib: “18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim. Bunu mənə elan etdilər. Təklif etdilər ki, ya Mərkəzi Komitəyə işə, ya da XİN-ə qayıdım. Mən isə bəyan etdim ki, sizinlə daha işləmək istəmirəm. Belə arzum da yoxdur. 18 yanvar 1990-cı ildə istefamdan sonra Azərbaycanı tərk etdim”.

Ə.Vəzirov maraqlı bir detalı açıqlayıb. Onun sözlərinə görə, 1989-cu ildə iki dəfə istefa vermək istəyib: “Mən 1989-cu ilin avqustunda istefa məsələmi qaldırdım. Həmin ilin dekabrında yenə istefa vermək istədiyimi bildirdim”.

Ə. Vəzirovun sözlərinə görə, SSRİ rəhbəri Mixail Qorbaçov ilk dəfə ona 1985-ci ildə Azərbaycana rəhbərlik etməyi təklif edib: “Mən onda imtina etdim. Diplomatik iş mənə daha cazibədar görünürdü. Digər tərəfdən başa düşürdüm ki, mən Azərbaycanda əvvəlki siyasət nəticəsində formalaşmış hakimiyyətdəki qüvvələrlə bacara bilmərəm. Bu təklifdən boyun qaçırdım, Qorbaçov da məni dəstəklədi. Görünür, birinci dəfə mənə bu vəzifəni təkilf edəndə münasibətimi öyrənmək istəmişdi”.

Ə. Vəzirov deyib ki, ikinci dəfə 1988-ci ildə ona vəzifə təklif olunub: “1988-ci ildə məni diplomatik vəzifədən təcili geri çağırdılar və yenidən Azərbaycana rəhbərlik etməyi təklif etdilər. Mən dedim ki, bunu bacarmayacağam. Bilirdim ki, məni hansı çətinliklər gözləyir. Qorbaçov mənə dedi: “Rəhman, partiyaya kömək etmək lazımdır”. İlk vaxtlar kömək etməyə çalışdım. Sonra Qorbaçov hər şeyi yerlə-yeksan etdi”.

Ə.Vəzirov 20 yanvardan sonra daha heç vaxt Mixail Qorbaçovla görüşmədiyini bildirib.

Xatırladaq ki, Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olub. O, 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi ilə nəticələnən siyasi böhran ərəfəsində vəzifəsindən azad edilib. Ə.Vəzirov həmişə Bakıda qanlı qırğının səbəbkarı kimi ittiham edilib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. 90 yaşlı Əbdürrəhman Vəzirov Moskvada yaşayır.(Azpost.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar