Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu fotolar Hadı Rəcəblinin deputatlıq sevdasının üstündən xətt çəkəcək - Fotolar

Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan, nəinki ölkənin, hətta təmsil etdiyi Lənkəran rayonunun problemlərini bir dəfə də dilinə gətirməyən Hadı Rəcəbli yenidən deputatlıq eşqinə düşüb

Namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülən Hadı Rəcəblinin təbliğat-təşviqat kampaniyasının məhz bu səbəblərdən asan keçmədiyi bildirilir.

Seçicilər tərəfindən heç bir dəstək görməyən Hadı Rəcəblinin tələb olunan səsi toplayacağı şübhəli görünür. Onun görüşlərinin olduqca sönük keçməsi də belə düşünmək üçün əsaslar yaradır. Bunun nəticəsidir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün fotoşop proqramının köməyi ilə saxta fotolar paylaşmaq zorunda qalıb.

İndi təqdim edəcəyimiz fotolar da 9 fevral seçkisinin Hadı Rəcəbli üçün asan keçməyəcəyinin sözçüləri hesab oluna bilər. Xatırladaq ki, bu fotolarda Hadı Rəcəblinin doğulub boya-başa çatdığı Lənkəran rayonunun Viravul kəndinin yolları əks olunub. İllərdir, bu kəndin deputatı olmuş Hadı Rəcəblinin heç ağlından da keçməyib ki, bu yolların düzəlməsi üçün nələrsə edə bilər. Əlavə şərhə ehtiyac duymadan həmin fotoları diqqətinizə çatdırırıq. Qoy, Hadı Rəcəblini bu fotolar ifşa etsin…(Sfera.az)

pia.az

Fotolar




Etiket: Hadı Rəcəbli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar