Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərif Trampa faktlara əsaslanmağı tövsiyə edib

İran Xarici İşlər naziri Cavad Zərif ABŞ Prezidenti Donald Trampa KİV başlıqlarına deyil, faktlara əsaslanaraq qərar qəbul etməyi tövsiyə edib...

APA-nın məlumatına görə, bundan əvvəl D. Tramp “Fox News” telekanalına istinad edərək “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, İran Xarici İşlər naziri Tehranın ABŞ-la danışıqlar aparmağı arzuladığını, ancaq sanksiyaların qaldırılmasını istədiyini bildirib.

C. Zərif isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, ABŞ Prezidenti xarici siyasətlə bağlı şərhləri və qərarlarında “Fox News” telekanalının xəbər başlıqlarına və fars dili tərcüməçisinə yox, faktlara əsaslansın. İRAN Xin rəhbəri “Spiegel” nəşrinə müsahibəsindən bir parçanı da paylaşıb. C. Zərif həmin müsahibəsində İranın general Qasim Süleymaninin öldürülməsindən sonra da Vaşinqtonla danışıqların aparılmasının mümkünlüyünü istisna etməyib. İran XİN rəhbəri deyib ki, ABŞ İrana münasibətdə xarici siyasət kursunu dəyişsə və sanksiyaları ləğv etsə, Vaşinqtonla danışıqların aparılması istisna deyil. Eyni zamanda İranın hələ də danışıqlar masasında olduğunu, ABŞ-ın masanı tərk etdiyini də vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar