Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda “xüsusi tətlyinatlı” seçkinin nəticələri “TAMAMlanıb”

Artıq rayonda elə bir atmosfer formalaşıb ki, Şamaxıda hər kəs seçkilərin nəticəsi “Tamamdır”. deyir. Elə Tamam Cəfərova da özünü deputat kimi aparmağa başlayıb...

Fevralın 9-da Milli Məclisə təyin edilmiş növbədən kənar seçkilərə sayılı günlər qalsa da müzakirələr səngimək bilmir. Ölkədə başladılan islahatlardan sonra seçkilərin tam şəffaf şəraitdə keçiriləcəyinə ümidlər yaransa da, artıq bir çox dairələrdə məmurların bu ümidlərin puça çıxardığının şahidi oluruq. Belə dairələrdən biri də 85 saylı Şamaxı seçki dairəsidir.

PİA.az-a Şamaxıdan daxil olan məlumatda qeyd edilir ki, seçkilər elan olunandan sonra indiyə qədər Şamaxıya ancaq dincəlməyə, yeyib-içməyə gələn bəziləri qəflətən “doğulma-böyümə” şamaxılı oldular və qədim torpağa sonsuz məhəbbətləri peyda olub. Belə “şamaxılı”lardan biri də öz namizədliyini bu dairədən irəli sürən Tamam Cəfərovadır.

Heç bir şamaxılının tanımadığı, indiyə qədər rayonun həyatında hər hansı rolu olmayan, hansısa bir tədbirdə görünməyən bu xanım seçkilər elan olunandan sonra “Nəsimilər, Sabirlər yetirən bu qədim diyarın ziyalı övladı” qəfildən peyda olaraq təbliğata başlayıb.

Daha doğrusu onun seçki kompaniyası elə rayonun icra strukturları və Dairə Seçki Komissiyası tərəfindən aparılır. Artıq rayonda elə bir atmosfer formalaşıb ki, Şamaxıda hər kəs seçkilərin nəticəsi “Tamamdır”. deyir. Elə Tamam Cəfərova da özünü deputat kimi aparmağa başlayıb.

Şamaxıda Akademik Ramiz Mehdiyev demişkən: "Pakazuxa" xətrinə ümummilli lider H.Əliyevin abidəsini ziyarətə başlamaqla (youtube-də görüntüləri var) özünü namizəddən çox prezident kimi ziyarət etməsi gülməli səhnə obrazı yaradır. Əgər nəzərə alsaq ki, 85 saylı dairədə keçirilən bu "xüsusi təyinatlı" seçkidə Tamam Cəfərovanın təbliğat və təşviqat işlərini dövlət rəsmiləri aparır, MSK birmənalı şəkildə həmin namizədin namizədliyini ləğv etməlidir. Nə isə...

Şamaxılıların redaksiyamıza yazdıqları məktubda qeyd edilir ki, bu qədim torpağın başı bəlalıdır. İstənilən hər yekə məmurun təcrübə meydanına çevrilən Şamaxı nə bilim nə dövrünü yaşayır bilmək olmur. Bir vaxtlar öz eşşəyini abidə kimi rayonun girişinə qoyanlar indi də öz nə bilim nələrini deputat edirlər. Vay halımıza.

Şamaxının bir qrup ziyalısı narazılıqlarını açıq şəkildə bəyanatla ifadə ediblər. Ziyalılar bu halların davam ediləcəyi halda şamaxılı olaraq Azərbaycan vətəndaşlığından imtina edəcəklərini bildiriblər.

İcra strukturlarının gizlin dəstəyi ilə “seçicilərlə görüşlər” təşkil olunur, elə xüsusi olaraq seçilmiş adamlar bu görüşlərdə Tamam xanıma “dəstəklərini ifadə edirlər”.

Bildirilir ki, onun imzatoplama kompaniyası da elə bu şərtlərlə həyata keçirilib. İmzalar kabinetlərdə, qapalı şəraitdə “toplanılıb”. T.Cəfərovanın yolunu təmizləmək üçün potensial rəqiblər zərərsizləşdirilib,bir çoxları ələ alınaraq namizədliklərini geri götürüb. Seçkiyə rəqabət mühiti görüntüsü qatmaq üçün heç kimin tanımadığı bir neçə nəfər namizəd qeydə alınıb. Beləcə Şamaxıda seçkinin ilkin nəticələri “Tamamlanıb”.

Şamaxı sakinləri baş verənlərdən narazılıqlarını belə ifadə edirlər: “Biz dəhşətə gəlirdik ki, nə baş verir? Ömründə buralara hərlənməyən, Dillər Universitetində Təlim-tərbiyə işləri üzrə prorektoru olan bir nəfər üçün niyə əldən-ayaqdan gedirlər? Şamaxıya aidiyyatı oımayan bir insanı niyə ciddi-cəhdlə Milli Məclisə buraxmaq, həm də ona dəxli olmayan bir rayondan deputat seçdirmək istəyirlər? Bəlli olur ki, Tamam Cəfərova rektor Kamal Abdullanın ən yaxın adamıdır. Demək, öz yüksək postundan istifadə edən Kamal müəllim öz adamını parlamentə keçirmək istəyir və bunun üçün Şamaxılılara təzyiqlər edir”.

Bununla belə şamaxılılar hələ də ümidsiz deyillər. “Biz rayon sakinləri o adama səs verməməklə, öz mövqeyimizi ortaya qoyacağıq. Və ona da inanırıq ki, ölkə rəhbərliyi, dövlət başçısı hansısa məmurun öz zərərli ambisiyasını həyata keçirməsinə imkan verməyəcək. Bunun üçün cənab Prezidentdən haqq-ədalətin öz yerini tapması üçün müdaxilə etməsini xahiş edirik, istəyimiz odur ki, dövlət başçısı məmurların əl altından göstərdikləri qanunsuz fəaliyyətlə xalqı öz dövlətindən narazı salmalarına imkan verməsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar