Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixail Qusman "Həyat forumu"nu təqdim etdi - Fotolar

Bu gün TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və "Həyat formulu" kitablarının təqdimat mərasimi olub...

Axşam.az xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransını yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycanla Rusiya arasında uğurla inkişaf edən münasibətlər bir çox istiqamətləri, o cümlədən humanitar sferanı, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığı əhatə edir.

Kitabların müəllifini 70 illik yubileyi münasibətilə təbrik edən səfir diqqətə çatdırıb ki, Mixail Qusman və qardaşı, respublikamızın Xalq artisti Yuli Qusman doğulduqları şəhərə, Azərbaycana hər zaman böyük sevgi və bağlılıq nümayiş etdirirlər.

Xalq yazıçısı Anar çıxış edərək Mixail Qusmanı yubiley münasibətilə təbrik edib, ona xoş sözlərini bildirib, yubilyara öz kitablarını hədiyyə edib.

Xalq artisti Fərhad Bədəlbəyli yubilyarın təqdim olunan hər iki kitabı ən səmimi hisslər üzərində qələmə aldığını vurğulayıb. Bildirib ki, “Həyat formulu” kitabında anası və atası ilə bağlı xatirələri yer alıb və kitabdakı təsvir olunan mühit bizim hər birimizə doğmadır.

Mixail Qusmanın qardaşı Yuli Qusman çıxışında vurğulayıb ki, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı AzərbaycanRusiya xalqları arasında olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. O, konfrans çərçivəsində kitabların təqdimatını və insanların bu tədbirə böyük maraq göstərməsini həm də Qusman qardaşlarının Bakıya sevgisinin nəticəsi kimi qiymətləndirib.

Sonda Mixail Qusman tədbirə qatılanlara təşəkkürünü bildirib və kitablarını imzalayaraq iştirakçılara hədiyyə edib.

pia.az

Fotolar




Etiket: Mixail Qusman

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar