Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Rusiyanı özündən sonrakı dönəmə hazırlayır - Bacaracaqmı?

Kremlin başlatdığı konstitusiya islahatları... - Rusiyanın gələcəyi nə vəd edir?..

Politoloq: “Putinin konstitusiyaya etdiyi dəyişikliklər gələcəkdə Rusiyada ola biləcək gərginliklərin qarşısını almaqla bərabər, həm də rus ictimai rəyində Putinin ümummilli lider qalmaq istəyi ilə bilavasitə əlaqəlidir”.

“Əvvəllər rus hərbi orudusunun müəyyən uğurları ilə rus ictimai rəyini aldatmaq mümkün idi. Amma indi Rusiya prezidenti Putin anlayır ki, bundan sonra bu cür ictimai rəyi aldatmaq mümkün deyil”.

Bu sözləri politoloq Natiq Miri Rusiya prezidenti Vladimr Putinin başlatdığı konstitusiya islahatlarını və bu islahatların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Rusiya prezidenti Vladimir Putin 2011-ci ildə olduğu kimi, hakimiyyətini uzatmaq planlarını açıqlamaq əvəzinə Rusiya parlamentinə daha çox səlahiyyət verəcək konstitusiya düzəlişləri irəli sürüb.

Putin çıxışında konstitusiyaya düzəliş planını demokratiyanı yaxşılaşdırmaq yolu kimi təqdim edib, qanunvericilərin baş naziri və kabinet üzvlərini seçmək imkanının olacağını söyləyərək, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılacağına işarə edib.

Putin həmçinin deyib ki, konstitusiya Dövlət Şurasına daha böyük rol verə bilər. Dövlət Şurası regional qubernatorlar və federal rəsmilərdən ibarət qeyri-müəyyən məşvərətçi qurumdur. Bu isə Putinin həmin qurumda idarəçi roluna keçməyi planlaşdırdığına işarə edib.

O həmçinin Rusiya qanunlarına üstünlük verilməsinə çağırıb. Belə ki, bundan sonra Avropa İnsan Haqları Məhkəməsinin Moskvanın qarşı çıxdığı qərarlar vermək səlahiyyəti olmayacaq.

Bir çoxları Putinin bu addımlarını 2024-cü ildə bitən prezidentlik dövründən sonra da hakimiyyətdə qala bilmək üçün strategiya adlandırır. Onun baş nazir və ya Dövlət Şurasının başçısı kimi hakimiyyətdə qalmasına icazə verəcək konstitusiya islahatları belə görünür ictimaiyyətin qəzəbinə səbəb olmayıb.

Putinin başlatdığı konstitutsiya ishatları ilə bağlı nə demək olar və bu dəyişikliklər Putini hakimiyyətdə saxlaya biləcəkmi? Ümumiyyətlə güclü prezident üsul-idarəsi sisteminin zəiflədilməsi Rusiyanın gələcəyinə nə və edir?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Putin özündən sonra gələn varisinə çox rahatlıqla nəzarət edə biləcək”.

Uzaq Şərqdən tutmuş Peterburqa qədər Rusiyanın istənilən əyalətlərində çox ciddi sosial etirazların həyata keçirildiyini xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, rəqəm etibarı ilə bu etirazlar Kremli narahat etməyə bilməz. Buna görə də Putin hakimiyyətdə ciddi islahatlar aparmaqla gələcək etirazların qarşısını almağa çalışır:

“Bu dəyişikliklər rus cəmiyyətində baş verən psixoloji dəyişikliklərlə əlaqəlidir. Çünki əvvəllər rus hərbi orudusunun müəyyən uğurları ilə rus ictimai rəyini aldatmaq mümkün idi. Amma indi Rusiya prezidenti Putin anlayır ki, bundan sonra bu cür ictimai rəyi aldatmaq mümkün deyil.

Suriyada müəyyən hərbi uğurlar və yaxud da bu gün Rusiyanın Liviyaya hərbi müdaxiləsi heç də rusun cibinə milyonlar gətirməyəcək. Məlumdur ki, bu gün Rusiyanın iqtisadiyyatı da getdikcə pisləşməkdədir. Həmçinin Ukrayna məsələsinə, yəni Krımın işğalına və Ukraynanın cənub-şərq əyalətlərinə Rusiyanın hərbi müdaxiləsinə görə Rusiyaya yönəlik Qərb dünyasının ciddi iqtisadi sanksiyaları mövcuddur. Bu sanksiyalara görə də demək olar ki, Rusiya iqtisadiyyatı çətin vəziyyətə düşüb. Bu vəziyyət də Rusiya ictimai rəyində Putinin mövqeyini zəiflətdi. Artıq sosioloji sorğular da göstərir ki, Putinə qarşı ictimai rəylər o qədər də müsbət deyil və getdikcə bu imic mənfi yöndə çox ciddi şəkildə aşağıya doğru enməkdədir.

Həmçinin uzaq Şərqdən tutmuş Peterburqa qədər Rusiyanın istənilən əyalətlərində çox ciddi sosial etirazlar həyata keçirilir. Rəqəm etibarı ilə təbii ki, bu etirazlar Kremli narahat etməyə bilməz. Həm də bunlar hamısı Kremlə verilən ciddi xəbərdarlıqlardır. Gələcəkdə isə çox ciddi etirazların keçirilə biləcəyini prezident Putinə göstərdilər. Buna görə də Putin hakimiyyətdə ciddi islahatlar aparmaqla gələcək etirazların qarşısını almağa çalışır.

Natiq Miri: “Putin istəmir ki, özündən sonra yeni bir qəhrəman ortaya çıxsın və Putin rus ictimai rəyində kölgədə qalsın”.

Düşünürəm ki, Putinin etdiyi konstitusiya dəyişikləri də təxminən bu istiqamətdədir. Konstitusiyada olacaq dəyişikliklərə diqqət yetirəndə hiss olunur ki, prezidentin səlahiyyətləri hakimiyyət qolları arasında bərabər şəkildə bölünür. Yəni prezidentin səlahiyyətləri Qanunverici orqanla Ali İcraedici orqan arasında bölünür. Xüsusilə də Qanunverici orqanın üst orqanı olan Federasiya Şurasının səlahiyyətləri artırılır ki, bu da Putindən sonra gələcək varis kim olacaqsa, onun təkhakimiyyətliliyinə imkan verilməyəcəyini ortaya qoyur.

Ayrıca Putin nəzərdə tutur ki, bu dəyişikliklərlə gələcəkdə prezident institutunda iki dəfə seçilmək məhdudiyyətini saxlamaqla paralel olaraq səlahiyyətlərin azaldılması ilə özünə Rusiyada yeni vəzifə təsis etsin. Yaxud da Putin istəyir ki, prezident səlahiyyətlərinin müəyyən hissəsinin veriləcəyi Federasiya Şurasının sədri kimi vəzifəyə keçsin. Federasiya Şurasına sədr seçilmək Putinin haqqıdır və buna konstitusiyada hər hansı bir məhdudiyyət yoxdur. Prezidentin səlahiyyətlərinin bir hissəsinin Federasiya Şurasına verilməsi faktı da gələcək prespektivdə Federasiya Şurasının bir növ prezident institutuna nəzarətini təmin edəcək.

Bir daha qeyd edim ki, Putin özündən sonra gələn varisinə çox rahatlıqla nəzarət edə biləcək. Paralel olaraq da Putin xarizması rus ictimaiyyətində davam edəcək. Əslində bütün bunların hamısı yenə də Putinin özünün siyasi maraqlarına xidmət edən bir hadisədir. Putin istəmir ki, özündən sonra yeni bir qəhrəman ortaya çıxsın və Putin rus ictimai rəyində kölgədə qalsın.

Natiq Miri: “Putin onu da anlayır ki, artıq iqtisadiyyatda da müəyyən islahatlar aparılmasa, bu rus dövlətinin əyalətlərində yeni bir inqilabi situasiya və mərkəzdənqaçma vəziyyətini tətikləyə bilər”.

Düşünürəm ki, Putin yenə də xalqın qəhrəmanı və ümummilli lider obrazında rus ictimai rəyində qalmaq istəyir. Bunu da təmin etməl üçün mütləq mənada Putin hakimiyyətin müəyyən qollarında qalmalıdır. Bu da ya baş nazir, ya da qanunverici orqanın yeni rəhbəri kimi status olmalıdır.

Putinin konstitusiyaya etdiyi dəyişikliklər gələcəkdə Rusiyada ola biləcək gərginliklərin qarşısını almaqla bərabər, həm də rus ictimai rəyində Putinin ümummilli lider qalmaq istəyi ilə bilavasitə əlaqləlidir. Həmçinin Putin onu da anlayır ki, artıq iqtisadiyyatda da müəyyən islahatlar aparılmasa, bu rus dövlətinin əyalətlərində yeni bir inqilabi situasiya və mərkəzdənqaçma vəziyyətini tətikləyə bilər.

Onu da qeyd edim ki, bütün bu konstitusiya dəyişiklikləri sadəcə olaraq Putinin hakimiyyəti üçün deyil, eyni zamanda gələcəkdə Rusiyanın parçalanmasının qarşısını almağa yönəlik bir siyasi addımdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar