Çərşənbə axşamı, 01 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Müsavat bəzi dairələrdə YAP-la birləşib” - Sərdar Cəlaloğlu

Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı maraqlı açıqlamaları ilə gündəmə gəlib

Seçkilərdə YAP-dan sonra ən çox namizədlə iştirak edən siyasi qüvvənin Müsavat olduğunu xatırladan Arif Hacılı seçkilərdə də əsas rəqabətin Müsavatla YAP arasında gedəcəyini söyləyib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Müsavat Partiyasının bir neçə dəfə dağıldığını vurğulayıb: “Elə olsaydı, biz partiya olaraq, 120 dairədən namizəd irəli sürüb, qeydiyyatdan da keçirərdik. Müsavatın bəzi dairələrdə iki nəfər üzvü bir-birinə alternativ olub. Namizədlərin qeydə alınmasında da maneə olmayıb deyə, elə kim sənədlərini veribsə, demək olar, onları da qeydə alıblar.

Təbii ki, müxalifətin əsas alternativi iqtidardır. Azərbaycan Demokrat Partiyasının da əsas alternativi iqtidardır. Mən isə öz dairəmdə Arif Hacılı və Yeni Azərbaycan Partiyasının namizədini vahid alternativ kimi görürəm. Əgər Müsavat başqa dairələrdə YAP-a alternativdirsə, bəzi dairələrdə YAP-la birləşib, məhz müxalifətə alternativlik edir”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə təbliğat-təşviqat kampaniyasında təkcə Yeni Azərbaycan Partiyası və Müsavatın üzvlərinin deyil, digər partiyaların, o cümlədən müstəqil namizədlər də iştirak etdiklərini diqqətə çatdırıb: “Seçki kampaniyası çoxşaxəlidir. Müsavat Partiyasının çoxsaylı namizədləri qeydə alınsa da, ümumi seçki prosesində iki partiyanın bir-biri ilə mübarizə apardığını söyləmək əsassızdır. Namizədlərin çox olması hələ seçki prosesində həlledici mövqeyə çıxmaq demək deyil. Bunun nəticəsi fevralın 9-da veriləcək səslərin yekunu ilə müəyyən olunacaq”.

Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü siyasi partiya olduğunu diqqətə çatdıran Fəzail Ağamalı kütləvilik və yaxşı təşkilatlanmaya görə də hakim partiyanın ən öndə olduğunu düşünür: “Bu partiyanın içərisində təkcə elmi, siyasi savadı deyil, eyni zamanda təcrübəsi olan siyasətçilər də birləşib. Bu gün Müsavat partiyasınınYeni Azərbaycan Partiyası ilə mübarizə aparmaq imkanı və gücü yoxdur”.(modern.az)

pia.az


Etiket: Müsavat YAP


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu - Müdafiə Nazirliyi

Şuşadakı hərbçimizdən Zülfiyyə Xanbabayevaya hədiyyə - Video

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi - Rəsmi

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - Sərəncam

“Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa...“ - Jirayr Liparityan

Sevgili olduqlarını bu səbəbdən gizlədib - Foto

loading...

Ən çox oxunanalar