Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir namizəd Azay Quliyevin xeyrinə geri çəkildi - Foto

8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Hüseynov Araz Mahmud oğlu bu dairədən digər namizəd Azay Quliyevin xeyrinə geri çəkilib

O, buna dair yaydığı açıqlamada qeyd edib:

- Hörmətli seçicilər,

Parlament seçkilərində zəfər qazanmaq məqsədilə yanvar ayı ərzində çox çalışdıq, imzaların toplanması ərəfəsində sizlərlə şəxsən görüşdüm. Desəm ki, bunun nəticəsində çoxunuzla dostlaşa bildim, heç də yanılmaram. Gördüyüm işlərə baxmayaraq, mən hər zaman vəziyyəti real qiymətləndirdiyimdən gəldiyim qənaət barədə sizə məlumat vermək istərdim.
“İslahatlara dəstək” seçicilərin Təşəbbüs Qrupunun deputatlığa namizədi Azay Quliyevin seçki qərargahında qurduğu komanda, sistemli iş və yüksək təşkilatçılıq səviyyəsini gördükdən sonra anladım ki, 9 fevral qalib gəlmək üçün təqdim etdiyim platforma və imkanlarım Azay Quliyevlə yarışmaq üçün kifayət etmir.
Bu səbəbdən mən, öz namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və məni dəstəkləyən hamını Azay Quliyevə səs verməyə çağırıram.

Hörmətlə,
Hüseynov Araz Mahmud oğlu

Nəzərə çatdıraq ki, bundan əvvəl daha bir namizəd - Elmira Fərzəliyeva da Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb.

pia.az


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar