Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Ağabəyli 44 yaşında

Bu gün PİA.AZ saytının təsisçisi və baş redaktoru mərhum Şahin Ağabəylinin doğum günüdür...

10 il əvvəl avtomobil qəzasında faciəvi şəkildə həlak olan «Milli Yol» qəzətinin və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin bu gün doğum günüdür. Mərhum baş redaktor 44 yaşını doldurdu.

Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açdı. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri oldu. 1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunur.

2003-cü ildə «Milli Yol» qəzetini təsis edir və qəzetin baş yazarı olur. 2006-cı ildə «Poliqon» İnformasiya Agentliyinin qurucusu oldu. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis etdi.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu. Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 35 yaşını doldurmamışdı…

Fotolar

Allah rəhmət eləsin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar