Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara-Sivas yüksək sürətli dəmir yolu Bakı-Tbilisi-Qarsla birləşəcək

Türkiyədə Ankara-Sivas yüksək sürətli dəmir yolu Sivas-Ərzincan və Ərzincan-Ərzurum-Qars dəmir yolları vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşəcək...

PİA.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Ankara-Sivas yüksək sürətli dəmir yolu tikintisi bu ilin martında başa çatacaq və bundan sonra dəmir yolunun sınaqdan keçirilməsinə başlanacaq. Layihənin ümumi dəyəri 13,2 milyard lirə təşkil edir.

Qeyd edək ki, Ankara-Sivas dəmir yolunun tikintisinin 95 faizdən çoxu başa çatıb. Bu dəmir yolunun uzunluğu 603 kilometrdir.

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edir. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən üç dəfəyə yaxın azaldır.

Ötən il Bakı-Tbilisi-Qars istiqamətində yük daşımalarında artım 42%-ə çatıb. Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar