Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Tramp və Obama məşhur idmançının faciəvi ölümündən yazdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp və sabiq prezidenti Barak Obama əfsanəvi basketbolçu Kobe Brayantın ölümü ilə bağlı paylaşım edib...

“Yeni Sabah” xəbər verir ki, onlar bu barədə şəxsi Tvitter səhifələrində idmançının ailəsinə başsalığı veriblər.

Barak Obama bildirib ki, onun qızının da həyatdan getməsinin ürəkağrıdan olaydır:

“Kobe işində bir əfsanə idi. Ciannanı itirmək bir valideyn olaraq bizim üçün də ürəkağrıdıcıdır. Mişel və mən Vanessa və Brayantın bütün ailə üzvlərinə baş sağlığı veririk".

D.Tramp isə bildirib ki, Kobe bütün dövrlərin ən yaxşı basketbolçusu olub:

“Kobe bütün dövrlərin ən yaxşı basketbolçusu olub. O, həyatına tam yenidən başlamışdı. Ailəsini çox sevirdi, gələcəyə böyük inamı var idi. Gözəl qızı Ciannanı itirməsi bu acını daha da qorxunc edir. Melanya və mən Brayant ailəsinə başsağlığı veririk. Tanrı hamınızın yanınızda olsun!”

Qeyd edək ki, Kobe Brayant və qızı Cianna ötən gecə Kaliforniyada helikopter qəzasında həlak olublar.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Kobe Brayant


loading...

Ən çox oxunanalar