Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

9 fevralı Mingəçevir camaatı toy-bayram edəcək...

Mingəçevirlilər Prezidentin çağırışlarına tam güvənir...

DİA.AZ: - 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd, DİA.AZ saytının baş redaktoru Məhəmməd Ərsoy (Zamanov) keçən həftənin son üç günü namizəd olduğu dairədə seçicilərlə davamlı görüşlərini keçirib. Bu görüşlərlə bağlı danışan Məhəmməd Zamanov aşağıdakıları bildirib:

- Hər bir Mingəçevirliyə təşəkkür edirəm. Görünəni odur ki, cənab Prezident İlham Əliyevin çağırışına təkcə bizlər yox, həm də seçicilər böyük həvəs və inamla reaksiya veriblər. Bu gün Mingəçüvir sakinləri böyük ümidlə 9 fevral tarixinə baxırlar. İnanırlar ki, bu seçkilərdə həqiqətən də onların iradəsi rəsmən ifadə olunacaq və camaatın seçdiyi namizəd deputat kürsüsündə onların maraqlarını ifadə edəcək.

- Seçicilərlə görüşləriniz oldu. Nə qənaətə gəldiniz?

- 2005-ci ildə də namizəd olmuşdum. Bilirsiniz. Qələbə qazanmşdım. Qələbəm rəsmən tanınmasa da, Mİngəçevir seçicisinin yaddaşında qalib kimi qaldığımdan bu gün əslində, mənə Mingəçevirdə çox rahatdır. 15 il aradan vaxt keçsə də, camaatımız məni elə qalib kimi qarşılayır. İnanıram ki, qalib kimi də bağrına basacaq. Yəni 9 fevral tarixində də qələbəmizi qeyd edib, həmin tarixi Mingəşevirin Qurtuluş kimi qeyd edəcəyik. Qaranlıqdan qurtulduğu gün kimi...

9 fevralı Mingəçevir camaatı toy-bayram edəcək...

-Sizcə, seçkidə Mingəçevir sakinləri kimə səs verəcəklər?

-Deyə bilmərəm kimə səs verəcəklər... Amma tək deyə biləcəyim var: Bu seçkilərdə qutudan Aydın Mirzəzadə çıxacaqsa, bütün Mingəçevir məyus olacaq, Mingəçevir camaatının inamı birdəfəlik qırılacaq. Və mən inanıram ki, bunu dövlət rəhbərliyi istəmir. Elə belə bir istəyin olmaması həm də cənab Prezidentin "Seçkilərdə xalqın etimad göstərdiyi namizədlər qalib gələcək" çağırışından da net şəkildə görünməkdədir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar