Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində koronavirusdan 100 min insan ölüb? – Həqiqət gizlədilir -Video

Gerçək rəqəmlər gizlədilir?..

Çində artıq bir neçə gündür davam edən və mütəxəssislərin hələ də əlac tapa bilmədikləri koronovirusun yaratdığı fəsadlarla bağlı kifayət qədər ziddiyyətli məlumatlar yayılır.

PİA.az xəbər verir ki, rəsmi məlumatlarda ölənlərin 81 nəfər, xəstəliyə yoluxanlarınsa 3 minə yaxın olduğu bildirilsə də, digər mənbələrdə və sosial şəbəkələrdə fərqli məlumatlar və daha böyük rəqəmlər səsləndirilir.

Artıq bir çox ölkələrin Çinlə nəqliyyat əlaqəsini kəsməsi, aviareyslərin dayandırılması, qonşu dövlətlərin bu ölkə ilə sərhədləri demək olar bağlaması, Çindən mal idxalına məhdudiyyət qoyulması və digər amillər epidemiyanın gerçək miqyası ilə bağlı tamamilə başqa təsəvvür yaradır.

Aşağıda təqdim etdiyimiz və Çinin sosial şəbəkələrindən götürülən məlumatlara əsaslanan videoda epidemiyanın mərkəzindəki durumla bağlı dəhşətli görüntülər yer alır və iddialar irəli sürülür.

Burada səsləndirilən məlumatlara görə, əslində olənlərin sayı 100 mini, xəstəliyə yoluxanların sayı isə 1 milyonu keçir. Bildirilir ki, xəstəliyin episentrinə yaxın ərazidə yaşayan 60 milyondan artıq insanın əyaləti tərk etməsinə qadağa qoyulub. İnsanların ərazini tərk etməsinin qarşısının alınması üçünsə hətta ordu hissələrindən istifadə olunduğu iddia edilir.

Əlbəttə ki, sosial şəbəkədə yayılan məlumatların tam həqiqətə uyğun olduğunu iddia etmək doğru olmaz. Lakin artıq virusun Çin sərhədlərini keçməsi, ABŞ, Hindistan və digər bir çox ölkələrdə qeydə alınması təhlükənin rəsmi məlumatlarda göstərilənlərdən daha böyük olmasından xəbər verir.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu virusun Çinə kənardan, daha konkret desək, ABŞ tərəfindən ixrac olunduğunu iddia edib. Təqdim etdiyimiz videonun da sonunda bu virusun məqsədli şəkildə yayıldığı ehtimalı səsləndirilir. (Azpolitika)

pia.az

 

 


Etiket: Çin koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar