Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

79 saylı İmişli Seçki Dairəsində nə baş verir?

“İcra başçısı hamını yığıb və tapşırıb ki...”

“Yanvarın 25-də saat 12 radələrində İmişli rayon icra başçısı Vilyam Hacıyev 79 saylı Seçki Dairəsinə aid olan 29 kənd icra numayəndəsini və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, o cümlədən, təhsil şöbəsinin müdirinin iştirakı ilə qeyri-rəsmi toplantı keçirib. Bundan 2 saat sonra həmin dairədən deputatlığa namizəd Razi Nurullayev icra hakimiyyətinə dəvət olunub”.

“AzPolitika.info” xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə yayılıb. Xəbərdə bildirilir ki, təxminən 1saat 20 dəqiqədən sonra namizəd binanı tərk edib. Ardınca isə R.Nurullayevin qohumu, Seyid Sarı adlı biznesmenin Vilyam Hacıyevlə görüşü olub. Mənbə iddia edib ki, kənd icra nümayəndələrinə seçkidə Razi Nurullayevə kömək göstərilməsi tapşırığı verilib. “Facebook”da “İmişli” səhifəsində Seyid Sarı haqqında məlumat və ona aid fotolar yerləşdirilib.

Şəkilin yuxarı hissəsində gördüyünüz ağ rəngli 10-RD-222 nömrəli avtomobil İmişlidə Seyid Sarı kimi tanınan şəxsə məxsusdur. Seyid Sarı Bakıda və Rusiyanın Leninqrad şəhərində böyük biznesə sahibdir. Öndəki 30-AA-002 nömrəli maşın isə icra başçısının birinci müavininə məxsusdur. Maşınların durduğu yer isə icra hakimiyyətinin binasının qarşısıdır.

Şəkilin aşağıdakı hissəsində isə deputatlığa namizəd Razi Nurullayev, yanında Seyid Sarının qardaşı Mirdamətdir. Seyid Sarı bütün günü icra başçısının yan-yörəsində fırlanır, qardaşları isə bu namizədin. Bu qardaşlar Razi Nurullayevlə qohumdurlar”, - səhifədə bildirilir.

Yazıda daha sonra R.Nurullayevin seçicilər arasında heç bir nüfuzunun olmadığı da qeyd olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar