Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Son 50 ildə Davosda nə dəyişdi? - Müzakirələr dünya üçün nə qədər faydalıdır?

Uşaqların öldürülmədiyi, insanların evlərini tərk etmək məcburiyyətində qalmadığı və hər cür təhsil, səhiyyə müəssisələrindən faydalandıqları bir dünya haqqında danışsaq, nə olardı ki?..

Şahap Kavcıoğlu
“Yeni Şafak”, Türkiyə, 28 Yanvar 2020-ci il

Davos görüşlərinə ilk dəfə 1971-ci ildə Cenevrə Universitetinin Menecment fakültəsi professoru Klaus Şvab tərəfindən start verilib. Türkiyə mərhum Baş nazir Turqut Özal seçilənə qədər bu yığıncaqlarda iştirak etməyib. Davos görüşlərini və Özalın bu yığıncaqlardakı iştirakını xatırlaya bilərik. Özaldan sonrakı illərdə Türkiyə gündəmindən düşən Davos görüşləri AKP hökumətinin iştirakı ilə yenidən gündəmə gəlib. Türkiyənin o vaxtkı baş naziri və bu günki prezidenti olan Rəcəb Teyyub Ərdoğanın 2009-cu ildə “One Minute” və “Mən Davosa bir daha gəlməyəcəyəm” çıxışları uğurlu olmuşdu. O zamandan bəri yenə də gündəmdən düşən Davos Xəzinə və Maliyyə naziri Berat Albayrakın dəyərləndirmələri və açıqlamalarından sonra bu il yenidən gündəmə gətirilib.

Əslində, Davos görüşləri əvvəlcə Avropa İdarəetmə Forumu olaraq başlamışdı. Daha sonra 1987-ci ildə adı Dünya İqtisadi Forumu olaraq dəyişdirilib və beynəlxalq mübahisələrin həlli üçün uğurlu bir platforma olub. Davos görüşləri dünya iqtisadiyyatı ilə bağlı məsələlərin müzakirə edildiyi ən böyük zirvə görüşlərindən biri olsa da, siyasi liderlərin və biznes nümayəndələrinin görüşərək beynəlxalq problemlərin həllini axtardığı bir platforma kimi qəbul edilir. Bu səbəbdən, siyasi liderlər tərəfindən tərəfsiz bir platforma kimi istifadə edilib.

Məsələn, 1987-ci ildə Egey dənizindəki qitə məsələsinə görə Türkiyə və Yunanıstan müharibə həddinə çatdığı zaman baş nazir Turqut Özal ilə Yunanıstanın baş naziri Andreas Papandreounun burada görüşməsindən sonra iki ölkə arasındakı əlaqələr normallaşmağa başlamışdı.

1989-cu ildə Şimali Koreya ilə Cənubi Koreya nazirlik səviyyəsində ilk görüşlərini Davosda keçiriblər. Həmçinin 1989-cu ildə Almaniyanın birləşməsini müzakirə etmək üçün Şərqi Almaniyanın kansleri Hans Modrov və Almaniya kansleri Helmut Kohl Davosda görüşüblər.

29 yanvar 2009-cu ildə Rəcəb Teyyub Ərdoğan Baş nazir kimi iştirak etdiyi zirvə görüşündə İsrailin o zamankı prezidenti Şimon Peresin Qəzza hücumlarını və diplomatik sərhədləri pozan davranışlarını qanuniləşdirən sözlərinə “One Minute” (Bir Dəqiqə) çıxışı ilə cavab vermişdi. Ancaq bu ilki görüşlərdə dünyadakı problemlərin həlli ilə bağlı heç bir müzakirə aparılmayıb. Dünya İqtisadi Forumu və Davos sammitinin əvvəlki kimi effektiv olmadığı və dünyanın gündəminə təsir edəcək nəticələr verə bilmədiyi açıq şəkildə görülür.

Məsələn, Pakistanın baş naziri İmran Xan Hindistanda yaşayan müsəlmanlarla bağlı hadisələrin nasist Almaniyasına bənzədiyini desə də, bu, heç diqqətə alınmayıb.

Mühafizəkar tədbirlər və ticarət müharibələri ucbatından qlobal ticarətdə inkişafın geriləməsi nəticəsində işsiz qalan minlərlə insan və ailələri barədə heç bir müzakirə aparılmayıb.

Dünya İqtisadi Forumunun qurucusu və icraçı direktoru Klaus Şvabın “Necə bir kapitalizm istəyirik?” manifesti əvəzinə, “Necə bir dünya istəyirik?” adlı manifest hazırlansaydı, daha yaxşı olardı. Ən azından 50 ildir dəyişə bilmədiyimiz vəhşi kapitalizmə “ortaq kapitalizm” kimi baxılarkən, insanı mərkəzləşdirən bütün sistemlərin, əslində bütün insanlar üçün olduğunu vurğulamaq lazım idi.

Bu gün dünya əhalisinin təxminən 50%-i səfalət içində yaşayır və bu səfalət dünyanın bir çox yerində böyüməyə davam edir. Çünki sistem zənginləri qoruyur. Varlılar daha çox varlanır və bunu kasıb insanlar üzərindən əldə edirlər. Davosda gəlir bərabərsizliyini azaltmaq üçün yeni sistemlər müzakirə edilməli idi.

Uşaqların öldürülmədiyi, evlərini və yataqxanalarını tərk etmək məcburiyyətində qalmadığı və hər cür təhsil, səhiyyə müəssisələrindən faydalandıqları bir dünya haqqında danışsaq, nə olardı ki? Kaş ki, Tanberq, Tramp, şahzadə Çarlz və başqaları rənglərindən, dinindən və ölkəsindən asılı olmayaraq, bütün insanları mərkəzə qoyan daha geniş çıxışlar edə bilsəydilər.

Kaş ki, Qreta Tanberq iqlim dəyişikliyi ilə bağlı gözəl bir nitq söyləyərkən Aralıq dənizində batmış qayıqlarda ölən insanlardan və Aylan körpələrindən də danışsaydı. Bəlkə, onda Avropa liderlərinin üzündə bir az xəcalət hissi yaranardı.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar