Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan 30 ilə yaxındır ki, ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqları sıfırlamaq istəyir? - Şərh

Ermənistanın “Madrid prinsipləri”dən və bu prinsiplər üzərində formalaşan “Lavrov planı”ndan imtinası mümkündürmü?..

Politoloq: “Nə qədər ki, konkret məsələ yoxdur, Qarabağ münaqişəsi də həll olunmaqdan daha çox daxili-siyasi manipulyasiya vasitəsinə çevriləcək və belə qalmaqda da davam edəcək.”

Rusiya Paşinyana imkan verməyəcək ki, Paşinyan istədiyi kimi sülh prosesini davam etdirsin”.

Bu sözləri politoloq Nəzakət Məmmədova bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar MəmmədyarovErmənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşü və bu görüşün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar MəmmədyarovErmənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.

Nazirlərin görüşü İsveçrənin Cenevrə şəhərində baş tutacaq. ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də iştirak edəcəyi görüşdə Ermənistan-Azərbayca­n Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında sonuncu görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.

Paşinyanın son bəyanatlarından, xüsusən də Sarkisyana qarşı 7 rayon ittihamlarından sonra bu danışıqları konstruktiv və faydalı adlandırmaq olarmı? Ermənistanın “Madrid prinsipləri”dən və bu prinsiplər üzərində formalaşan “Lavrov planı”ndan imtinası mümkündürmü və Paşinyan höküməti 30 ilə yaxındır ki, ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqları sıfırlamaq istəyir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Ermənistan ordusu Paşinyana tabe deyil və Rusiyanın nəzarətindədir. Ordu Paşinyanı devirə bilər. Buna gorə də Paşinyan sülh danışıqlarında heç bir konstruktiv addım ata bilməz. ”.

Sadəcə olaraq danışıqlar görüntüsü altında Minsk qrupunun manipulyasiyasının davam edəcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, heç bir konstruktiv danışıqdan və sülh prossesində irəliyəyişdən söhbət gedə bilməz:

“Paşinyanın Sarksyan hökumətinin 7 rayonu qaytarmaq istəməsi bəyanatı və Ermənistanda baş verən proseslər onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan tərəflərin bir-birlərinə qarşı mübarizə vasitəsidir. Dağlıq Qarabağ münaqişəsində Azərbaycana güzəşt edilməsi məsələsinə görə həm “Qarabağ klanı”, həm də Paşinyan bir-birlərini ittiham edirlər. Bildiyimiz kimi “Qarabağ klanı” Paşinyanı Azərbaycanla danışa getməkdə ittiham edirdi. Paşinyan da eyni qayda ilə rəqiblərinə cavab verdi.

Məlumdur ki, Ermənistanın daxilində bir çox proseslər gedir. Yəni onlar indi parlament üsul idarəsindən prezident üsul idarəsinə keçmək istəyirlər. Həmçin də Paşinyan irəli sürüb ki, ordu muzdlu orduya müqavilə ilə keçsin. Bu da onu göstərir ki, Ermənistanda daxili çaxnaşmalar hökum sürür. Əlbəttə ki, bu daxili çaxnaşma da böyük güclərin Ermənistandakı maraqlarının təzahürüdür. Bu da o deməkdir ki, hakimiyyət uğrunda mübarizənin ayrı-ayrı cəbhələrində qarşı-qarşıya gələn Paşinyan və “Qarabağ klanı” ABŞ-ın və Rusiyanın əlində alətə çevriliblər. Nə qədər ki, bu böyük güclər - ABŞRusiya Ermənsitan uğrunda mübarizənin həlledici məqamına daxil olmayıblar, nə qədər ki, tkonkret məsələ yoxdur, Qarabağ münaqişəsi də həll olunmaqdan daha çox daxili-siyasi manipulyasiya vasitəsinə çevriləcək və belə qalmaqda da davam edəcək.

Nəzakət Məmmədova: “İndi Paşinyanın əsas problemi Dağlıq Qarabağ deyil. Paşinyanın əsas problemi onu hakimiyyətə gətirən güclərin təlimatı əsasında hakimiyyətini gücləndirməkdir”.

Ermənistan elə ölkədir ki, orada vahid siyasi qüvvə yoxdur. Orada diasporun, ABŞRusiyanın və digər regional güclərin təsiri var. Eyni zamanda da Qarabağ məsələsinə görə Ermənistanda böyük qarşıdurma var. Bu problemi nə qədər gizlətmətə çalışsalar da, özünü göstərir. Hətta Paşinyan belə Qarabağ məsələsində yaxasını qurtamaq üçün deyir məni Dağlıq Qarabağ erməniləri seçməyib ki, mən onları təmsil edim. Paşinyan bildirir ki, onu erməni xalqı seçib ona görə də o Ermənistanın maraqlarını təmsil etməlidir. Dağlıq Qarabağın isə ona aidiyyatı yoxdur.

Rəqibləri isə məhz bu məsələyə görə Paşinyanın hakimiyyətini zəiflətmək istəyirlər. İndi Paşinyanın əsas problemi Dağlıq Qarabağ deyil. Paşinyanın əsas problemi onu hakimiyyətə gətirən güclərin təlimatı əsasında hakimiyyətini gücləndirməkdir. Hər halda Paşinyan Qarabağ məsələsində həlledici söz sahibi deyil və ola da bilməz. Ən azından ona görə ki, Paşinyan ölkədə hakimiyyəti tam ələ ala bilməyib. Buna görə də heç bir mövqe ortaya qoya bilməz. Əgər o hər hansı bir mövqe ortaya qoysa, dərhal rəqibləri tərəfindən ifşa olunacaq.

Həmçinin də qeyri-demokratik ölkələrdə olduğu kimi Ermənsitanda da ordunun ölkə siyasətində böyük rolu var. Ermənistan ordusu isə Paşinyana tabe deyil və Rusiyanın nəzarətindədir. Ordu Paşinyanı devirə bilər. Buna gorə də Paşinyan sülh danışıqlarında heç bir konstruktiv addım ata bilməz.

Bütün bunlara görə də xarici işlər nazirlərinin görüşü mənasızdır. Məlumdur ki, status-kvonun uzanmasında da əsas dövlət Rusiyadır. Rusiya da Paşinyana imkan verməyəcək ki, Paşinyan istədiyi kimi sülh prosesini davam etdirsin. Buna görə də sadəcə olaraq danışıqlar görüntüsü altında MİNS qrupunun manipulyasiyası davam edəcək. Heç bir danışıqdan, irəliyəyişdən söhbət gedə bilməz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar