Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın işsiz namizədi pul paylayır - Ucarda

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən YAP-ın işsiz namizədi 91 saylı Ucar Seçki Dairəsinin məntəqə üzvülərinə pul paylaqmla məşğuldur...

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı regionlarda hakim partiya YAP-ın namizədlərinin seçkiyə açıq aşkr müdaxilə etməsi və qanun pozuntularına yol vermələri barədə məlumatlar səngimir. Belə dairlərdən birid 91 saylı Ucar Seçki Dairəsidir. Adı çəkilən dairədən YAP-ın rəsmi deputatlığa rəsmi namizədi Ramil Həsəndir. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən YAP-ın işsiz namizədi 91 saylı Ucar Seçki Dairəsinin məntəqə üzvülərinə pul paylaqmla məşğuldur.

Məlumatda qeyd edilir ki, Ramil Həsənin seçki məntəqə sədrləri və üzvülərini müakafat”landırmasının səbəbi seçki baş tutmada özünü qalib elan etməsi ilə bağlıdır. Çünki 91 saylı Ucar Seçki Dairəsində YAP-ın işsiz namizədinin ciddi rəqibi artıq yoxdur.

Yayılan digər məlumatda isə iddia edilir ki, Ucar rayon icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev bütün kəndləri gəzərək icra nümayəndələrindən və bələdiyyə sədrlərindən ibarət onbaşı, yüzbaşı sistemi qurmaqla məşğuldur.

Bundan başqa başçı müavinin göstərişi ilə kənd icra nümayəndələri vətəndaşların şəxsiyyət vəsiqələrini yığaraq onların əvəzinə Ramil Həsənin xeyrinə səs verilməsi ilə bağlı göstəriş verib. Başçı müavini hansı səlahiyyətlə bu işlərlə məşğul olmasının isə izahı yoxdur.

Həmçinin Vaqif Mehdiyev Ucar kənd icra nümayəndələri ilə keçirtdiyi görüşdə açıq-aşkar elan edib ki, “elə eləməliyik ki, Ramil Həsən ölkə üzrə ən çox səs yığıan deputatlardan biri olsun”. (MilliYol.az)

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar