Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Moskva metro stansiyalarından birinə Həzi Aslanovun adının verilməsi üçün Putinə müraciət olunub

Vladimir Putinə müraciət olunub...

Rusiyanın paytaxtı Moskva şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına küçə verilməsi üçün Moskva meri Sergey Sobyaninə müraciət olunub.

Bu barədə APA-nın Moskva müxbirinə Hərbçi Ailələri İttifaqı və Rusiya Prezidenti yanında Hərbi-mülki münasibətlər üzrə daimi komissiyanın sədri Mariya Bolşakova bildirib.

Onun sözlərinə görə, Rusiya paytaxtında Həzi Aslanovun adına küçə verilməsi təşəbbüsünü Moskvanın Qərb Dairəsi üzrə Azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri, Dövlət Dumasında deputat köməkçisi Əli Kazımov irəli sürüb.

“Bu çox yaxşı və mühüm təşəbbüsdür. Çünki Həzi Aslanov təkcə Azərbaycanın yox, həm də Rusiyanın qəhrəmanıdır. Onun Böyük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq bu gün də məmnuniyyətlə xatırlanır. Ona görə də hesab edirik ki, Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi vacibdir. Moskvada mütləq onun adına küçə verilməlidir. Bundan əlavə müraciətdə Həzi Aslanovun adının orta məktəbə, xiyabana verilməsi də qeyd olunub”, - deyə o qeyd edib.

Əli Kazımov isə APA-ya açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada yeni inşa olunan metro stansiyalardan birinə, habelə Moskva küçələrindən birinə Həzi Aslanovun adının verilməsi barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət olunub: “Əlimizdən gələni edəcəyik ki, Qələbənin 75 illiyi ərəfəsində Moskvada Həzi Aslanovun xatirəsi əbədiləşdirilsin”.

pia.az

Fotolar



Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.


loading...

Ən çox oxunanalar