Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NK dövlət xidmətlərinin qiymətlənidirilməsi qaydasına şərh verib

NK mikro, kiçik və orta sahibkarlığa göstərilən dövlət xidmətlərinin qiymətlənidirilməsi qaydasına şərh verib...

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli Fərmanının 5.4-cü bəndində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydasının hazırlanması ilə bağlı tapşırıq verilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən Qayda dövlət xidmətlərinin mikro, kiçik və orta sahibkarlığa necə təsir etdiyini KOB indeksi üzrə qiymətləndirməyi nəzərdə tutur.

Bu Qayda ilə müəyyən edilir ki:

- dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nə qədər nail olunub;

- dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqi zamanı hansı müsbət və ya mənfi nəticələr əldə olunub;

- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan hallar nədən ibarətdir;

- dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların təhlili aparılarkən mövcud boşluqların, ziddiyyətlərin və KOB-a mənfi təsir göstərən digər amillər hansılardır.

- Dövlət xidmətlərinin KOB indeksi üzrə qiymətləndirilməsi zamanı aşağıdakı parametrlər əsas götürülür:

- dövlət xidmətinin KOB-un inkişafına təsiri;

- dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.

- Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi:

- mikro, kiçik və orta sahibkarların fəaliyyətinə təsir edən və mövcud olan maneələrin aşkarlanmasına;

- KOB subyektlərinin izafi xərclərdən və əlavə vaxt itkisindən azad edilməsinə;

- daxili bazarın mövcud vəziyyətinin real göstəricilərinin aşkara çıxarılmasına imkan verəcək.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar