Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Şeremetyevo aeroportu özəlləşdirilir

Rusiyanın ən böyük aeroportu özəlləşdirilir...

Moskvanın Şeremetyevo aeroportu tam olaraq özəlləşdiriləcək: hazırda Rusiyanın ən böyük hava limanının səhmlərinin 30%-dən çoxu dövlətə məxsusdur.

“APA-Economics”in “Vedomosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinə fərdi səhmdarlardan (“Sheremetyevo Holding” MMC-dən) sözügedən aeroportun “Şeremetyevo Beynəlxalq Aeroportu” ASC-də dövlət payının satın alınmasına dair sorğu daxil olub.

“Şeremetyevo” şirkətinin səhmlərinin 66,1%-i “Sheremetyevo Holding”ə, 30,46%-i Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyə, qalan hissəsi isə “Aeroflot” və “VEB Capital” şirkətləri məxsusdur.

Qeyd edək ki, 2019-cu ilin sonunda Şeremetyevo hava limanının 2020-2022-ci illəri əhatə edən federal əmlakın özəlləşdirmə proqramına daxil edildiyi məlum oldu.

Şeremetyevo Avropanın 10 ən yaxşı hava limanı siyahısında 8-ci sırada yer alır. Ötən ilin yekunlarına görə, aeroportda sərnişin axını 9% artaraq 49,9 mln. sərnişinə çatıb.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar