Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun neft tələbatına təsirləri - Beynəlxalq Enerji Agentliyi açıqladı

Koronavirusun yayılması ilə əlaqədar qlobal neft tələbatı 2020-ci ilin birinci rübündə azalacaq...

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, bu, 2009-cu ildən bəri ilk dəfə birinci rübdə neft tələbatının azalması deməkdir.

“Koronavirusun qlobal neft tələbatına təsiri çox böyük olacaq. İlin birinci rübündə tələbatın gündəlik 435 min barrel azalacağı gözlənilir. 2020-ci il üzrə qlobal neft tələbatının artım proqnozu sutkalıq 365 min barrel azaldılıb və 2011-ci ildən indiyədək ən aşağı səviyyə olan gündəlik 825 min barrelə endirilib”, - deyə IEA-nın hesabatında qeyd olunur.

Cari ilin ikinci rübündə neft tələbatının sutkada 1,2 milyon barrel artacağı gözlənilir.

IEA OPEC ölkələrində neft tələbatının azalacağını, lakin virusun ilin sonunadək ABŞ-ın neft şirkətlərinin tədarük artımına təsiri olmayacağını nəzərdə tutur.

Beynəlxalq Enerji Agentliyinə görə, neft istehsalçıları koronavirus səbəbindən ilin birinci yarısında hasilatı daha da azalda bilərlər. (azərtac)

pia.az


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar