Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycana çatıblar - Yenilənib

Çindən Türkiyəyə təxliyə edilən 6 vətəndaşımız Azərbaycana çatıb...

6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.

Bildirək ki, Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasında 14 gün karantində saxlanılıblar. Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub. Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyədə 14 gün karantin müddəti keçiblər. “Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə Nazirlikdən bildirilib.

***

Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycana yola salınıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfərliyindən bildirilib. 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim başda olmaqla səfirliyin nümayəndə heyəti xəstəxanadan buraxılan azərbaycanlılarla birlikdə Ankarada yerləşən Heydər Əliyev parkına gəliblər. Onlar parkda Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyublar. Azərbaycan, Türkiyə və Çin dövlətlərinə öz təşəkkürlərini bildiriblər.

Xəzər İbrahim bildirib ki, Çindən təxliyə olunan vətəndaşlarımızın sayı ilk gündən 6 nəfər olub: “Onların sayının 7 nəfər olması ilə bağlı deyilənlər yanlışdır”.

***

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılıblar.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.

Xəstəxanadan buraxılan 6 Azərbaycan vətəndaşı Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri ilə birlikdə Ankarada yerləşən Heydər Əliyev parkına gəliblər. Onlar parkda Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyublar, Azərbaycan, Türkiyə və Çin dövlətlərinə öz təşəkkürlərini bildiriblər.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, onlar gün ərzində Azərbaycana yola salınacaqlar.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.

Azərbaycanın Səhiyyə Nazirliyi Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının yenidən karantinə götürülməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyə 14 gün karantin müddəti keçiblər. “Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə Nazirlikdən bildirilib.

pia.az


Etiket: Çin koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar