Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti: "İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu erməni əsgərləridir" - Yenilənib

"Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur"...

“Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu erməni əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

“Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

***

"Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

Münhenə həqiqəti söyləmək üçün gəldiyini deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur.

***

"Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

***

Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin həqiqi mahiyyətini yanlış izah edir.

Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində bildirib ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır.

***

Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.

Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində bildirib ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar