Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyevin üstün səviyyədə dayandığını görmək məndə müsbət hislər yaratdı” — Eldar Sabiroğlu

Münhen görüşlərini izləyərkən Azərbaycan Prezidenti İlham Əliyevlə işğalçı Ermənistanın Baş naziri N.Paşinyanın debatını iki dəfə dinlədim və mübaliğəsiz olaraq bütün məqamlara görə, İlham Əliyevin üstün səviyyədə dayandığını görmək ölkə vətəndaşı kimi məndə müsbət hislər yaratdı...

Tarixi gerçəkliklərdən başlamış çağdaş dövrümüzün həqiqətlərinədək Prezident İlham Əliyevin erməni təfəkkürünün insanlıq üçün zərər daşıyıcısı olduğunu birər-birər, özü də gülə-gülə qeyd etməsi Paşinyanı əməlli-başlı özündən çıxarmışdı. 

Debatın detalları üzərində dayanmaq fikrim yoxdur. Şəxsinə hörmət etdiyim Qubad İbadoğlunun İlham Əliyevin üstün və hazırlıqlı səviyyədə Paşinyana dərs verməsini daha tutarlı mövqe hesab etdiyimdən əlavə şərhə ehtiyac duymuram.

Lakin bəzi həmvətənlərimin aşkar və dolayısı ilə bu debatda Paşinyana üstünlük verməsini başa düşməyə çətinlik çəkirəm. Necə bunu edə bilirsiniz? 

Prezident Əliyev Qubad İbadoğluna və mənə istədiyi pisliyi edib. Elə bu yaxınlarda Qubad müəllimin qızını haqqı və ədaləti müdafiə etdiyi üçün seçki məntəqəsində döydülər. Lakin bunun müqabilində öz ölkə başçısını düşmənin ayağına vermədi. İç məsələlərinə görə, insan hüquq və azadlıqlarından tutmuş müxtəlif qanunsuz, ədalətsiz məsələlərlə bağlı Əliyevi tənqid edə bilərik. Lakin düşmənlə müqayisədə onu aşağılayıcı tonda tənqidə məruz qoymaq əsla qəbuledilməzdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar