Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-dan MSK-nın qarşısındakı aksiya ilə bağlı açıqlama

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, V çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə müxalifətin növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçirməsinə münasibət bildirib...

Mirzəzadə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda müxalif fikirli insanlar təqib edilmirlər, təzyiqə məruz qalmırlar, başqa cür düşünməyə məcbur edilmirlər: “Onlar öz mövqelərini azad şəkil ortaya qoya bilərlər... Azərbaycan hüquqi dövlətdir. Bir qrup şəxsin Mərkəzi Seçki Komissiyasının qarşısındakı keçirdiyi aksiya razılaşdırılmayıb. Ona görə də polisin aksiyanın qarşısını almağa hüququ var. Seçkilərin nəticələrindən narazı qalanlar Mərkəzi Seçki Komissiyasına rəsmi şəkildə müraciət edə, öz fikirlərini mətbuat orqanlarında yaya bilərlər. Amma razılaşdırılmamış aksiyanın keçirilməsi qanunun pozulmasıdır. Onlar da bilməlidirlər ki, hüquq bir qrup üçün deyil, hamı üçündür”.

 

YAP rəsmisi qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı neqativ faktlar varsa, müvafiq dairə seçki komissiyalarına və MSK-ya təqdim edilməlidir: “Təəssüflər olsun ki, bir qrup deputatlığa namizəd seçkilərdə neqativ halların baş verdiyini iddia etsələr  də, ortaya fakt qoya bilmirlər. Bir seçki məntəqəsində qeydə alınan pozuntunu bütövlükdə seçki dairəsinə aid etmək olmaz. Hər seçki dairəsinin 30-dan seçki məntəqəsi, 30 mindən çox seçicisi var... Doğrudur, Azərbaycanda 4 seçki dairəsi üzrə qanun pozuntuları kütləvi şəkildə olduğuna görə nəticələr ləğv edildi. İndi 4 seçki dairəsinə görə bütün dairələrin fəaliyyətinə kölgə salmaq olmaz. Yəni bir qanun pozuntusa görə 10 milyonluq xalqın seçiminə etinasız yanaşma yolverilməzdir. Məğlubiyyəti də qəbul etməyi bacarmaq lazımdır”.

pia.az


Etiket: MSK mitinq YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar